https://sputnik.az/20230914/dyp-bilik-gunu-ile-bagli-muraciet-edib---vdeo-458630260.html
DYP "Bilik günü" ilə bağlı müraciət edib - VİDEO
DYP "Bilik günü" ilə bağlı müraciət edib - VİDEO
Sputnik Azərbaycan
Qurum sürücüləri yol hərəkəti qaydalarına riayət etməklə həm də məktəblilərə nümunə olmağa çağırır. 14.09.2023, Sputnik Azərbaycan
2023-09-14T17:51+0400
2023-09-14T17:51+0400
2023-09-14T17:51+0400
dyp
cəmiyyət
bilik günü
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928929_0:0:3072:1728_1920x0_80_0_0_fb30fdddb767c1d9fc3597c931678eb3.jpg
BAKI, 14 sentyabr — Sputnik. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi "Bilik günü" ilə bağlı sürücülərə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə qeyd olunub ki, BDYPİ bütün şagird və tələbələri "Bilik günü" münasibətilə təbrik edir və sürücüləri yol hərəkəti qaydalarına riayət etməklə həm də məktəblilərə nümunə olmağa çağırır. "Ölkəmizdə yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha effektiv tədbirlərin görülməsini zəruri edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, bu sahədə ardıcıl həyat keçirilən nəzarət-profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə, cari ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə başlanılıb. Tədbir çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, onların hərəkət marşrutlarında, eləcə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, mövcud yol nişanlarının, nişanlama xətlərinin yenilənməsi, yeni nizamlama vasitələrinin tətbiq edilməsi, bununla yanaşı uşaq və yeniyetmələr arasında maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli tədbirlərin gücləndirilməsi və bu sahədə media subyektlərinin, qeyri-hökumət təşkilatlarının imkanlarından geniş istifadə olunması nəzərdə tutulur" deyə bildirilir"deyə müraciətdə bildirilir. BDYPİ bununla bağlı videoçarx da hazırlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928929_341:0:3072:2048_1920x0_80_0_0_9d1e7ba34f7437fa6a8af1a98dc41dd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dyp, bilik günü
DYP "Bilik günü" ilə bağlı müraciət edib - VİDEO
Qurum sürücüləri yol hərəkəti qaydalarına riayət etməklə həm də məktəblilərə nümunə olmağa çağırır.
BAKI, 14 sentyabr — Sputnik. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi "Bilik günü" ilə bağlı sürücülərə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə qeyd olunub ki, BDYPİ bütün şagird və tələbələri "Bilik günü" münasibətilə təbrik edir və sürücüləri yol hərəkəti qaydalarına riayət etməklə həm də məktəblilərə nümunə olmağa çağırır.
"Ölkəmizdə yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha effektiv tədbirlərin görülməsini zəruri edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, bu sahədə ardıcıl həyat keçirilən nəzarət-profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə, cari ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə başlanılıb. Tədbir çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, onların hərəkət marşrutlarında, eləcə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, mövcud yol nişanlarının, nişanlama xətlərinin yenilənməsi, yeni nizamlama vasitələrinin tətbiq edilməsi, bununla yanaşı uşaq və yeniyetmələr arasında maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli tədbirlərin gücləndirilməsi və bu sahədə media subyektlərinin, qeyri-hökumət təşkilatlarının imkanlarından geniş istifadə olunması nəzərdə tutulur" deyə bildirilir"deyə müraciətdə bildirilir.
BDYPİ bununla bağlı videoçarx da hazırlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.