Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə yeni qəbul olanların andiçmə mərasimi keçirilib

© AR Ministry of DefenceHərbi liseydə andiçmə mərasimi keçirilib
Hərbi liseydə andiçmə mərasimi keçirilib - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, valideynlər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblar.
BAKI, 14 sentyabr — Sputnik. Tədris ilinin başlanması münasibətilə Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, valideynlər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblar.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
© AR Ministry of DefenceHərbi liseydə andiçmə mərasimi keçirilib
Hərbi liseydə andiçmə mərasimi keçirilib - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Hərbi liseydə andiçmə mərasimi keçirilib
Andiçmə mərasimində çıxış edənlər gənc kursantları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, Vətənə, dövlətə və Ali Baş Komandana, Şərəf andlarına sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.
Sonra hərbi liseyin kursantları sıra meydanında Şərəf andı içiblər.
Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib, şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi olub.
Sonda valideynlər hərbi təhsil müəssisəsində yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0