DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT baş katibi Baş assambleyaya gedən dünya liderlərini kompromisə çağırıb

© AP Photo / Paul WhiteQuterreş
Quterreş  - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Antoniu Quterreş praktik qərarlar vermək üçün bir araya gəlməyin vaxtı çatdığını bildirib.
BAKI, 14 sentyabr — Sputnik. Real, praktik qərarlar vermək üçün bir araya gəlməyin vaxtı çatıb. Daha yaxşı gələcək üçün kompromis vaxtı gəlib.
Bu sözlərlə BMT baş katibi Antoniu Quterreş BMT Baş Assambleyasının yüksək səviyyəli sessiyasının həftəsində iştirak etmək üçün Nyu-Yorka gedən dünya liderlərini kompromislərə nail olmağa çağırıb.

"Mənim dünya liderlərinə çağırışım aydındır: əyləncə və ya mövqe tutmaq vaxtı deyil. Hazırda etinasızlıq və ya qərarsızlıq vaxtı da deyil. Real, praktik qərarlar vermək üçün bir araya gəlməyin vaxtı çatıb. Daha yaxşı gələcək üçün kompromis vaxtı gəlib", - deyə Quterreş mətbuat konfransında bildirib.

"Siyasət bir kompromisdir. Diplomatiya bir kompromisdir. Səmərəli liderlik kompromisdir. Əgər biz bərabərlik və həmrəylik əsasında gələcək sülh və çiçəklənmək istəyiriksə, liderlər ümumi gələcəyimizi ümumi xeyrimiz naminə dizayn edərkən kompromis əldə etmək üçün xüsusi məsuliyyət daşıyırlar. Növbəti həftədən - Nyu-Yorkdan başlamaq lazımdır ", - deyə o, fikrini izah edib.
Qeyd edək ki, yüksək səviyyəli həftə sentyabrın 19-dan 26-dək keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0