https://sputnik.az/20230914/azerbaycanda-teatrlarin-repertuari-niye-deyismir-458594064.html
Azərbaycanda teatrların repertuarı niyə dəyişmir?
Azərbaycanda teatrların repertuarı niyə dəyişmir?
Sputnik Azərbaycan
Azərbaycan teatrları yeni əsərlərin olmamasından, köhnə repertuarın pul gətirməsindən, Mədəniyyət Nazirliyinin teatrlara pul ayırmamasından şikayətlənirlər... 14.09.2023, Sputnik Azərbaycan
2023-09-14T09:01+0400
2023-09-14T09:01+0400
2023-09-14T09:01+0400
teatr
mədəniyyət
repertuar
mehriban ələkbərzadə
akademik milli dram teatrı
ilyas əfəndiyev
cəfər cabbarlı
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427664750_0:160:3073:1888_1920x0_80_0_0_9220e26d35a22dc4e81e6e4706cbe9eb.jpg
BAKI, 14 sentyabr — Sputnik. Aylar, illər keçsə də, Azərbaycan teatrlarında vəziyyət dəyişilməz olaraq qalıb. Texniki və yaradıcı heyət baxımından dəyişiklik olsa da, afişalar olduğu kimidir. Eyni tamaşalar, eyni əsərlər.... Necə deyərlər, köhnə hamam, köhnə tas. Klassik əsərlər gözəldir, amma tamaşaçı yenilik gözləyir. Hərdən tamaşaların premyerası baş tutsa da, teatrsevərlər yeni tamaşaların üzünə həsrətdir. Bunun səbəbi nədir? Teatrlar niyə repertuarlarına yeni əsərlər daxil etmirlər? Sputnik Azərbaycan əlaqədar qurumlardan və şəxslərdən bu suala cavab almağa çalışıb. Ölkənin ən böyük teatrlarından olan Akademik Milli Dram Teatrı sentyabrın 15-i yeni mövsümə başlayır. Teatr yeni mövsümə İlyas Əfəndiyevin "Qarabağnamə" əsəri ilə start verib. Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatrın repertuarının dəyişməməsini belə izah edib: "Mənim Akademik Milli Dram teatrına gəlməyimdən hələ heç bir mövzüm keçməyib. Ona görə də teatrın repertuarı haqqında heç bir söz deyə bilmərəm. Bir tamaşanın ərsəyə gəlməsi üçün 6-7 ay vaxt lazımdır. Tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm ki, növbəti aydan teatrımızda yeni premyeralar olacaq. Oktyabrda da, noyabrda da yeni tamaşalarla tamaşaçıların görüşünə gələcəyik". Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf bildirir ki, kassa yığan tamaşalar teatrın repertuarında qalırlar: "Afişada gördüyünüz tamaşaları hər ay görürsünüzsə, deməli, o tamaşalara təlabat var. Teatr mövsümü yeni başlayıb. Ona görə də yeni tamaşalar yoxdur. Növbəti aylarda yeni premyeralarla teatrımız tamaşaçıların qarşısına çıxacaq". Azərbaycan Teatr xadimləri İttifaqının üzvi, Azərbaycanın əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirli bildirir ki, teatrda hər gün yeni bir tamaşa qoyula bilməz. Dramaturqun sözlərinə görə, Mədəniyyət Nazirliyi tamaşalar üçün pul ayırmır. Teatr öz daxili imkanları hesabına tamaşaları ərsəyə gətirir. Nazirlik təkcə işçilərin maaşını ödəyir. Digər xərclər - teatrın kommunal xərclərindən tutmuş, texniki məsələrinə qədər hər şey biletlərdən əldə edilən pulla ödənilir. Teatr özünü ayaqda saxlamaq üçün məcburdur ki, kassa yığan tamaşaları repertuarda saxlasın: "Mən özümdən deyim, "Şah Qacar" əsərim 10 ildir ki, repertuardadır. Səbəb odur ki, bu tamaşa gəlir gətirir. Bu tamaşa niyə uzaqlaşdırılmaldır? Mənim başqa bir əsərim "Ah, bu uzun sevda yolu" hər dəfə anşlaqla keçir. Həmin tamaşa sentyabrın 24-ü növbəti dəfə nümayiş olunacaq. Artıq biletlərin böyük bir hissəsi satılıb". Gənc müəlliflərin əsərlərinin teatrlarda nümayiş olunmamasının səbəbini isə Əli Əmirli belə izah edib: "Yeni müəlliflər olsun ki, teatr da onun əsərini səhnələşdirsin. Gənc müəlliflərin uğurlu əsərləri olsa, teatr ona "yox" deməz. Gənc müəlliflər Pərviz Seyidli və Ülviyyə Heydərovanın əsərləri teatrlarda nümayiş olunur. Gənc müəllif İsmayıl İmanın əsəri Gənc Tamaşaçılar Teatrında oynanıldı, amma uzun çəkmədi. Başqa müəlliflərin də əsərləri səhnələşdirilib, lakin uğursuz olduğuna görə, repertuardan uzaqlaşdırılıb. Çünki, tamaşaçı gəlmirdi. Axı teatr da qazanc əldə etməlidir. Teatr bir tamaşa üçün xeyli pul xərcləyir. Yaradıcı heyət əziyyət çəkir. Amma gəlir əldə etməyəndə, məcburən o tamaşanın nümayişi dayandırılır. Teatr daim məhsul istehsal edən müəssisədir. Yaxşı əsəri teatr heç vaxt geri qaytarmaz". Jurnalist, dramaturq Ülviyyə Heydərova isə bildirir ki, Azərbaycan teatrları ilə yeni, gənc yazarlar arasında heç bir kommunikasiya yoxdur: "Rejissorlar gənc dramaturqları tanıyırlar. Sadəcə rejissorlarda zövq və maraq yoxdur ki, gənc yazarlarla yaradıcılıq mübadiləsi etsinlər. Gənc dramaturqların əsərlərini oxumurlarsa, o demək deyil ki, yeni imzalar yoxdur. Bundan başqa, teatr əsər üçün qonorar ödəmir. Bu məsələ də tənzimlənməlidir". Bakı Bələdiyə Teatrının truppa müdiri, aparıcı aktyor İsmayıl Atakişiyev ssenari qıtlığından gileyləndi: "Kino və seriallar kimi, teatrlar da ssenari çatışmazlığından əziyyət çəkirlər. Biz bu il İlyas Əfəndiyevin "Solğun çiçəklər" əsəri ilə 31-ci teatr mövsümünə start veririk. Repertuarımızda Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Mirzə Fətəli Axundov, Nazim Hikmət, Əziz Nesin, Cəfər Cabbarlı, eləcə də dünya klassiklərinin pyesləri səhnələşəcək. Niyə? Çünki, yeni keyfiyyətli əsərlər yoxdur. Götürək elə Qarabağ mövzusunu. Bu mövzuda nə bir film ssenarisi, nə də tamaşa ssenarisi var. Habluki ssenaristlər Qarabağda vuruşan döyüşçülərimizin yaşadıqlarını qələmə alsalar, möhtəşəm bir əsər ortalığa çıxar. Amma onlar öz təxəyyüllərinin məhsullarını ortalığa çıxarırlar, o da dolğun olmur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427664750_170:0:2901:2048_1920x0_80_0_0_f28c8381e1b9dbec25688afc305b38ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
teatr, repertuar, mehriban ələkbərzadə, akademik milli dram teatrı, ilyas əfəndiyev, cəfər cabbarlı
teatr, repertuar, mehriban ələkbərzadə, akademik milli dram teatrı, ilyas əfəndiyev, cəfər cabbarlı
Azərbaycanda teatrların repertuarı niyə dəyişmir?
Azərbaycan teatrları yeni əsərlərin olmamasından, köhnə repertuarın pul gətirməsindən, Mədəniyyət Nazirliyinin teatrlara pul ayırmamasından şikayətlənirlər, gənc yazarlar isə rejissorların yeniliklərə maraq göstərmədiyini deyirlər.
BAKI, 14 sentyabr — Sputnik. Aylar, illər keçsə də, Azərbaycan teatrlarında vəziyyət dəyişilməz olaraq qalıb. Texniki və yaradıcı heyət baxımından dəyişiklik olsa da, afişalar olduğu kimidir. Eyni tamaşalar, eyni əsərlər.... Necə deyərlər, köhnə hamam, köhnə tas. Klassik əsərlər gözəldir, amma tamaşaçı yenilik gözləyir. Hərdən tamaşaların premyerası baş tutsa da, teatrsevərlər yeni tamaşaların üzünə həsrətdir. Bunun səbəbi nədir? Teatrlar niyə repertuarlarına yeni əsərlər daxil etmirlər? Sputnik Azərbaycan əlaqədar qurumlardan və şəxslərdən bu suala cavab almağa çalışıb.
Ölkənin ən böyük teatrlarından olan Akademik Milli Dram Teatrı sentyabrın 15-i yeni mövsümə başlayır. Teatr yeni mövsümə İlyas Əfəndiyevin "Qarabağnamə" əsəri ilə start verib.
Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatrın repertuarının dəyişməməsini belə izah edib:
"Mənim Akademik Milli Dram teatrına gəlməyimdən hələ heç bir mövzüm keçməyib. Ona görə də teatrın repertuarı haqqında heç bir söz deyə bilmərəm. Bir tamaşanın ərsəyə gəlməsi üçün 6-7 ay vaxt lazımdır. Tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm ki, növbəti aydan teatrımızda yeni premyeralar olacaq. Oktyabrda da, noyabrda da yeni tamaşalarla tamaşaçıların görüşünə gələcəyik".
Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf bildirir ki, kassa yığan tamaşalar teatrın repertuarında qalırlar: "Afişada gördüyünüz tamaşaları hər ay görürsünüzsə, deməli, o tamaşalara təlabat var. Teatr mövsümü yeni başlayıb. Ona görə də yeni tamaşalar yoxdur. Növbəti aylarda yeni premyeralarla teatrımız tamaşaçıların qarşısına çıxacaq".
Azərbaycan Teatr xadimləri İttifaqının üzvi, Azərbaycanın əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirli bildirir ki, teatrda hər gün yeni bir tamaşa qoyula bilməz. Dramaturqun sözlərinə görə, Mədəniyyət Nazirliyi tamaşalar üçün pul ayırmır. Teatr öz daxili imkanları hesabına tamaşaları ərsəyə gətirir. Nazirlik təkcə işçilərin maaşını ödəyir. Digər xərclər - teatrın kommunal xərclərindən tutmuş, texniki məsələrinə qədər hər şey biletlərdən əldə edilən pulla ödənilir. Teatr özünü ayaqda saxlamaq üçün məcburdur ki, kassa yığan tamaşaları repertuarda saxlasın:
"Mən özümdən deyim, "Şah Qacar" əsərim 10 ildir ki, repertuardadır. Səbəb odur ki, bu tamaşa gəlir gətirir. Bu tamaşa niyə uzaqlaşdırılmaldır? Mənim başqa bir əsərim "Ah, bu uzun sevda yolu" hər dəfə anşlaqla keçir. Həmin tamaşa sentyabrın 24-ü növbəti dəfə nümayiş olunacaq. Artıq biletlərin böyük bir hissəsi satılıb".
Gənc müəlliflərin əsərlərinin teatrlarda nümayiş olunmamasının səbəbini isə Əli Əmirli belə izah edib:
"Yeni müəlliflər olsun ki, teatr da onun əsərini səhnələşdirsin. Gənc müəlliflərin uğurlu əsərləri olsa, teatr ona "yox" deməz. Gənc müəlliflər Pərviz Seyidli və Ülviyyə Heydərovanın əsərləri teatrlarda nümayiş olunur. Gənc müəllif İsmayıl İmanın əsəri Gənc Tamaşaçılar Teatrında oynanıldı, amma uzun çəkmədi. Başqa müəlliflərin də əsərləri səhnələşdirilib, lakin uğursuz olduğuna görə, repertuardan uzaqlaşdırılıb. Çünki, tamaşaçı gəlmirdi. Axı teatr da qazanc əldə etməlidir. Teatr bir tamaşa üçün xeyli pul xərcləyir. Yaradıcı heyət əziyyət çəkir. Amma gəlir əldə etməyəndə, məcburən o tamaşanın nümayişi dayandırılır. Teatr daim məhsul istehsal edən müəssisədir. Yaxşı əsəri teatr heç vaxt geri qaytarmaz".
Jurnalist, dramaturq Ülviyyə Heydərova isə bildirir ki, Azərbaycan teatrları ilə yeni, gənc yazarlar arasında heç bir kommunikasiya yoxdur: "Rejissorlar gənc dramaturqları tanıyırlar. Sadəcə rejissorlarda zövq və maraq yoxdur ki, gənc yazarlarla yaradıcılıq mübadiləsi etsinlər. Gənc dramaturqların əsərlərini oxumurlarsa, o demək deyil ki, yeni imzalar yoxdur. Bundan başqa, teatr əsər üçün qonorar ödəmir. Bu məsələ də tənzimlənməlidir".
Bakı Bələdiyə Teatrının truppa müdiri, aparıcı aktyor İsmayıl Atakişiyev ssenari qıtlığından gileyləndi: "Kino və seriallar kimi, teatrlar da ssenari çatışmazlığından əziyyət çəkirlər. Biz bu il İlyas Əfəndiyevin "Solğun çiçəklər" əsəri ilə 31-ci teatr mövsümünə start veririk. Repertuarımızda Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Mirzə Fətəli Axundov, Nazim Hikmət, Əziz Nesin, Cəfər Cabbarlı, eləcə də dünya klassiklərinin pyesləri səhnələşəcək. Niyə? Çünki, yeni keyfiyyətli əsərlər yoxdur. Götürək elə Qarabağ mövzusunu. Bu mövzuda nə bir film ssenarisi, nə də tamaşa ssenarisi var. Habluki ssenaristlər Qarabağda vuruşan döyüşçülərimizin yaşadıqlarını qələmə alsalar, möhtəşəm bir əsər ortalığa çıxar. Amma onlar öz təxəyyüllərinin məhsullarını ortalığa çıxarırlar, o da dolğun olmur".