Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Prezidenti Tacikistana səfərə gəlib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Tacikistana səfərə gəlib
İlham Əliyev Tacikistana səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.
BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının V Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə gəlib.
Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, təbir çərçivəsində Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emiməli Rəhmonla görüşü, eyni zamanda, Məşvərət görüşündə çıxışı nəzərdə tutulub.
Xatırladaq ki, Mərkəzi Asiyanın beş ölkə başçısının ötən görüşü 21 iyul 2022-ci ildə Qırğızıstanda keçirilib. Belə görüşlərin keçirilməsi ideyasını 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0