https://sputnik.az/20230913/xezer-denizi-meseleleri-uzre-ysq-in-novbeti-iclasi-azerbaycanda-kecirilecek-458592344.html
Xəzər dənizi məsələləri üzrə YSİQ-in növbəti iclası Azərbaycanda keçiriləcək
Xəzər dənizi məsələləri üzrə YSİQ-in növbəti iclası Azərbaycanda keçiriləcək
Sputnik Azərbaycan
İclas zamanı həmçinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə hazırlıq məsələləri müzakirə edilib. 13.09.2023, Sputnik Azərbaycan
2023-09-13T19:00+0400
2023-09-13T19:00+0400
2023-09-13T19:17+0400
siyasət
xəzər dənizi
işçi qrupu
xüsusi işçi qrupu
bakı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41658/80/416588033_0:320:3073:2048_1920x0_80_0_0_cc08a37c51ac1c269628ba28272939df.jpg
BAKI, 13 sentyabr - Sputnik. Sentyabrın 11-13 tarixində Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) altıncı iclası keçirilib.XİN-dən verilən xəbərə görə, danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri - S.A. Şərifov), İran İslam Respublikasının (rəhbəri - A.Cahangiri), Qazaxıstan Respublikasının (rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri - M.İ.Petrakov) və Türkmənistanın (rəhbəri - M.G.Atacanov) nümayəndə heyətləri iştirak edib.İclasa Türkmənistanın nümayəndə heyətinin rəhbəri M.G.Atacanov sədrlik edib.Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəalarını müzakirə edib, habelə layihənin bir sıra müddəalarını razılaşdırıb. Sözügedən sənədin müzakirəsi YSİQ-in növbəti iclasında davam etdiriləcək.İclas zamanı həmçinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə hazırlıq məsələləri müzakirə edilib.Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirib və görüşün yüksək səviyyədə təşkil edilməsinə görə Türkmənistana minnətdarlıqlarını bildiriblər.Növbəti YSİQ iclası Azərbaycan Respublikasında baş tutacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41658/80/416588033_0:0:2731:2048_1920x0_80_0_0_248563b92e979fded94c259ccce35c43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəzər dənizi, işçi qrupu, xüsusi işçi qrupu, bakı, azərbaycan
xəzər dənizi, işçi qrupu, xüsusi işçi qrupu, bakı, azərbaycan
Xəzər dənizi məsələləri üzrə YSİQ-in növbəti iclası Azərbaycanda keçiriləcək
19:00 13.09.2023 (Yenilənib: 19:17 13.09.2023) İclas zamanı həmçinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə hazırlıq məsələləri müzakirə edilib.
BAKI, 13 sentyabr - Sputnik. Sentyabrın 11-13 tarixində Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) altıncı iclası keçirilib.
XİN-dən verilən xəbərə görə, danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri - S.A. Şərifov), İran İslam Respublikasının (rəhbəri - A.Cahangiri), Qazaxıstan Respublikasının (rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri - M.İ.Petrakov) və Türkmənistanın (rəhbəri - M.G.Atacanov) nümayəndə heyətləri iştirak edib.
İclasa Türkmənistanın nümayəndə heyətinin rəhbəri M.G.Atacanov sədrlik edib.
Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəalarını müzakirə edib, habelə layihənin bir sıra müddəalarını razılaşdırıb. Sözügedən sənədin müzakirəsi YSİQ-in növbəti iclasında davam etdiriləcək.
İclas zamanı həmçinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə hazırlıq məsələləri müzakirə edilib.
Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirib və görüşün yüksək səviyyədə təşkil edilməsinə görə Türkmənistana minnətdarlıqlarını bildiriblər.
Növbəti YSİQ iclası Azərbaycan Respublikasında baş tutacaq.