https://sputnik.az/20230913/serhedi-pozmaga-cehd-eden-sudan-vetendaslari-saxlanilib---foto-458571310.html
Sərhədi pozmağa cəhd edən Sudan vətəndaşları saxlanılıb - FOTO
Sərhədi pozmağa cəhd edən Sudan vətəndaşları saxlanılıb - FOTO
Sputnik Azərbaycan
Araşdırma zamanı saxlanılan şəxslərin 09.09.2023-cü il tarixdə ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından... 13.09.2023, Sputnik Azərbaycan
2023-09-13T11:37+0400
2023-09-13T11:37+0400
2023-09-13T11:38+0400
sudan
azərbaycan xəbərləri
vətəndaş
sərhəd
dövlət sərhəd xidməti
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458435115_0:67:1280:787_1920x0_80_0_0_7e113afd0372c61ec2da593ba2c5f342.jpg
BAKI, 13 sentyabr — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildiriblər ki, sentyabrın 12-də saat 16:45-də "Zaqatala" sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Sudan Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hassan Abdelgadir Noreen və 1990-cı il təvəllüdlü Ahmed Mahmoud Mohamed Abdelrahman saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin 09.09.2023-cü il tarixdə ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib. Sentyabrın 12-də saat 20:00-da "Xudat" sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Babayev Ramiz Ələddin oğlu saxlanılıb. Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458435115_72:0:1209:853_1920x0_80_0_0_29f84758247c15434e3f6c262f25a5df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sudan, vətəndaş, sərhəd, dövlət sərhəd xidməti
sudan, vətəndaş, sərhəd, dövlət sərhəd xidməti
Sərhədi pozmağa cəhd edən Sudan vətəndaşları saxlanılıb - FOTO
11:37 13.09.2023 (Yenilənib: 11:38 13.09.2023) Araşdırma zamanı saxlanılan şəxslərin 09.09.2023-cü il tarixdə ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
BAKI, 13 sentyabr — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildiriblər ki, sentyabrın 12-də saat 16:45-də "Zaqatala" sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Sudan Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hassan Abdelgadir Noreen və 1990-cı il təvəllüdlü Ahmed Mahmoud Mohamed Abdelrahman saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin 09.09.2023-cü il tarixdə ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
Sentyabrın 12-də saat 20:00-da "Xudat" sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Babayev Ramiz Ələddin oğlu saxlanılıb.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.