Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Məktəbli forması - 30 illik tarix

Abunə olmaq
Bu il sentyabrın 15-də ilk dəfə olaraq bütün Azərbaycan məktəbliləri vahid məktəbli formasını geyinəcəklər.
Son illərdə Azərbaycanda təhsil sistemində ciddi dəyişikliklər baş verir. Azərbaycan məktəblərində birliyin və strukturlaşmanın artırılmasına yönəlmiş əsas təşəbbüslərdən biri də məktəbli formasının tətbiqidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bütün ölkə üzrə məktəbli forması üçün vahid standartların hazırlanmasına 30 ildən çox vaxt sərf edib.
Məktəbli formasının tətbiqi tarixi:
1990-cı illər: Azərbaycanda vahid məktəbli formasının tətbiqi ideyasının müzakirəsinə başlanılıb.
2005-cı illər: Respublikanın bəzi regionlarında onun standartlaşdırılması istiqamətində ilk addımlar atılıb.
2010-cu illər: Bütün Azərbaycan məktəblərində məktəbli formasının tətbiqi icbari olur, lakin yalnız Bakıda geyinilir.
2022-ci il: Azərbaycan Nazirlər Kabineti 2023-2024-cü tədris ilindən "Azərbaycan Respublikasının dövlət ümumtəhsil müəssisələrinin şagirdləri üçün geyim formasının təsviri"ni təsdiq eddərək, məktəbli formasının tətbiq edilməsinə qərar verir.
Sosial ədaləti təmin etmək və eyni zamanda valideynlərin xərclərini azaltmaq üçün vahid məktəbli forması tətbiq edilib. Onun tətbiqi ümumtəhsil müəssisələrində nizam-intizam səviyyəsinin yüksəldilməsinə və şagird müvəffəqiyyətinin artırılmasına yönəlib.
Məktəbli formalarının qiymətləri haqqında məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiniz.
Xəbər lenti
0