NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Liviyada baş verən fırtına neftin bahalaşmasına təsir göstərib

© AP Photo / Tony Gutierrezneft
neft - Sputnik Azərbaycan, 1920, 13.09.2023
Abunə olmaq
Neft İxrac Edən Ölkələr Təşkilatının açıqladığı hesabata görə, neft bazarları dördüncü rübdə gündəlik 3,3 milyon barel kəsirlə üzləşə bilər. Hasilatın azalacağı narahatlığı neft bazarına təsir göstərir və qiymətləri qaldırır.
BAKI, 13 sentyabr — Sputnik. Neft qiymətləri bahalaşmağa davam edir.
OPEC-in üzvü olan Liviyada fırtına səbəbindən hasilat ilə bağlı tədarük narahatlığı qiymətlərin qalxmasına dəstək verib.
"Brent" nefti 8 sent bahalaşaraq 92,14 dollara, ABŞ-ın Qərbi Texas nefti (WTI) isə 13 sent artaraq 88,97 dollara çatıb.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,91 dollar artaraq 98,64 dollar təşkil edib.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatının açıqladığı hesabata görə, neft bazarları dördüncü rübdə gündəlik 3,3 milyon barel kəsirlə üzləşə bilər. Hasilatın azalacağı narahatlığı neft bazarına təsir göstərir və qiymətləri qaldırır.
Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib. Bu addımlardan sonra "Brent" nefti keçən həftə 10 ayda ilk dəfə olaraq 90 dollara çatıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xəbər lenti
0