Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Laçında ekskavator tank əleyhinə minaya düşüb

© AR Ministry of DefenceLaçında mülki şirkətə məxsus ekskavator atəşə tutulub
Laçında mülki şirkətə məxsus ekskavator atəşə tutulub - Sputnik Azərbaycan, 1920, 13.09.2023
Abunə olmaq
Polis kapitanı Aslan Qiyaslı bildirib ki, hadisə bu gün saat 16:00 radələrində baş verib.
BAKI, 13 sentyabr - Sputnik. Laçında ekskavator tank əleyhinə minaya düşüb.
APA xəbər verir ki, hadisə rayonun Qazıdərə kəndində qeydə alınıb. Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin texnikaya ziyan dəyib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, hadisə bu gün saat 16:00 radələrində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0