Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra edilib

© AR Ministry of Defence “İldırım 8-ER” ZRK
 “İldırım 8-ER” ZRK - Sputnik Azərbaycan, 1920, 13.09.2023
Abunə olmaq
Döyüş heyətləri tərəfindən "İldırım 8-ER" ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması, eləcə də şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib.
BAKI, 13 sentyabr — Sputnik. Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
© AR Ministry of Defence “İldırım 8-ER” ZRK
 “İldırım 8-ER” ZRK - Sputnik Azərbaycan, 1920, 13.09.2023
“İldırım 8-ER” ZRK
2023-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.
Atış çalışmalarında döyüş heyətləri tərəfindən "İldırım 8-ER" ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması, eləcə də şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib.
Atışların keçirilməsində əsas diqqət şəxsi heyətin raket əleyhinə müdafiə qabiliyyətli zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının artırılmasına, heyətlər arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.
Xəbər lenti
0