CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN radioloji-gigiyenik pasportlara dair müəssisə və təşkilatlara müraciət edib

© Sputnik / Irade CELILFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboru
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboru - Sputnik Azərbaycan, 1920, 13.09.2023
Abunə olmaq
Müəssisə və təşkilatlar həmin rəyin əldə edilməsi üçün aidiyyəti quruma müraciət etmədiyindən və ya qanunvericiliklə müəyyən olunmuş qaydaların tələbləri təmin edilmədiyindən rəyin alınması əlavə vaxt itkisinə və bu istiqamətdə fəaliyyətdə çətinliklərə səbəb olur.
BAKI, 13 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
FHN-dən bildirilib ki, müvafiq qanunvericiliyə əsasən, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il tərtib olunan radioloji-gigiyenik pasportlarda əks olunur və həmin pasportlara müvafiq məlumatların daxil edilməsi üçün yalnız Fövqəladə Hallar Nazirliyi nümayəndəsinin rəyi tələb olunur. Bu səbəbdən, radioloji-gigiyenik pasportlara rəyin verilməsi üçün radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə mövcud şəraitin qiymətləndirilməsi məqsədilə müəssisə və təşkilatlar tərəfindən Agentliyə müraciət olunmalıdır.
Bununla belə, bir sıra hallarda müəssisə və təşkilatlar həmin rəyin əldə edilməsi üçün aidiyyəti quruma müraciət etmədiyindən və ya qanunvericiliklə müəyyən olunmuş qaydaların tələbləri təmin edilmədiyindən rəyin alınması əlavə vaxt itkisinə və bu istiqamətdə fəaliyyətdə çətinliklərə səbəb olur.
Yuxarıda qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi müəssisə və təşkilatlara müraciət edərək bildirir ki, radioloji-gigiyenik pasportun əldə edilməsi üçün Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə aşağıdakı səhifədə göstərilən qaydalara uyğun şəkildə müraciət edilməlidir: (https://fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1027).
Xatırladaq ki, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələblərinə uyğun olaraq, ərazi, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında əks olunur.
Müəssisə və təşkilatların radioloji-gigiyenik pasportları hər il aparılmalı, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün verilən xüsusi icazə isə 3 il müddətinə verilir.
Xəbər lenti
0