https://sputnik.az/20230913/bir-sira-mekteblerde-sahibkarliq-fenni-tedris-olunacaq-458573761.html
Bir sıra məktəblərdə sahibkarlıq fənni tədris olunacaq
Bir sıra məktəblərdə sahibkarlıq fənni tədris olunacaq
Sputnik Azərbaycan
Sahibkarlıq fənninin tədrisi ilə bağlı cari ilin 4-8 sentyabr tarixlərində pilot tədris aparılacaq məktəblərin direktor və müəllim heyəti üçün "ORT İsrail"... 13.09.2023, Sputnik Azərbaycan
2023-09-13T14:29+0400
2023-09-13T14:29+0400
2023-09-13T14:29+0400
məktəb
təhsil
sahibkarlıq
sahibkarlıq subyektləri
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446066242_0:104:2000:1229_1920x0_80_0_0_2458e0f50e1d3bb7f8c97b26de573a20.jpg
BAKI, 13 sentyabr — Sputnik. Cari ildən "İnnovativ məktəb" layihəsi çərçivəsində bir neçə təhsil müəssisəsində sahibkarlıq fənni pilot şəkildə tədris ediləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib. Bu məqsədlə İsrailin ən böyük məktəb şəbəkəsi "ORT İsrail" tərəfindən müvafiq dərs vəsaiti hazırlanıb. Sözügedən vəsait şagirdləri gələcəyin çağırışlarına hazırlayacaq sahibkarlıq təfəkkürü, yaradıcı düşüncə və XXI əsr bacarıqlarının aşılanması kimi mövzuları əhatə edir. Vəsaitə həmçinin layihəəsaslı tapşırıqlar, komanda işləri və individual çalışmalar daxildir. Sahibkarlıq fənninin tədrisi ilə bağlı cari ilin 4-8 sentyabr tarixlərində pilot tədris aparılacaq məktəblərin direktor və müəllim heyəti üçün "ORT İsrail" mütəxəssisləri tərəfindən təlim keçirilib. Təlimdə layihəəsaslı tədris, müəllimlərin şagirdlərə yanaşması, məktəblilərin yaradıcı düşüncəyə təşviqi, sinif otağında müəllim-şagird rolları və digər mövzulara toxunulub, praktiki tapşırıqlar, interaktiv müzakirələr təşkil edilib. (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446066242_112:0:1889:1333_1920x0_80_0_0_b9ea4d8a836a65b2a61df802e8acb25e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, sahibkarlıq, sahibkarlıq subyektləri
məktəb, sahibkarlıq, sahibkarlıq subyektləri
Bir sıra məktəblərdə sahibkarlıq fənni tədris olunacaq
Sahibkarlıq fənninin tədrisi ilə bağlı cari ilin 4-8 sentyabr tarixlərində pilot tədris aparılacaq məktəblərin direktor və müəllim heyəti üçün "ORT İsrail" mütəxəssisləri tərəfindən təlim keçirilib.
BAKI, 13 sentyabr — Sputnik. Cari ildən "İnnovativ məktəb" layihəsi çərçivəsində bir neçə təhsil müəssisəsində sahibkarlıq fənni pilot şəkildə tədris ediləcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bu məqsədlə İsrailin ən böyük məktəb şəbəkəsi "ORT İsrail" tərəfindən müvafiq dərs vəsaiti hazırlanıb.
Sözügedən vəsait şagirdləri gələcəyin çağırışlarına hazırlayacaq sahibkarlıq təfəkkürü, yaradıcı düşüncə və XXI əsr bacarıqlarının aşılanması kimi mövzuları əhatə edir. Vəsaitə həmçinin layihəəsaslı tapşırıqlar, komanda işləri və individual çalışmalar daxildir.
Sahibkarlıq fənninin tədrisi ilə bağlı cari ilin 4-8 sentyabr tarixlərində pilot tədris aparılacaq məktəblərin direktor və müəllim heyəti üçün "ORT İsrail" mütəxəssisləri tərəfindən təlim keçirilib.
Təlimdə layihəəsaslı tədris, müəllimlərin şagirdlərə yanaşması, məktəblilərin yaradıcı düşüncəyə təşviqi, sinif otağında müəllim-şagird rolları və digər mövzulara toxunulub, praktiki tapşırıqlar, interaktiv müzakirələr təşkil edilib. (APA).