https://sputnik.az/20230913/azerbaycanda-hansi-surusme-saheleri-aktivlesib-458581743.html
Azərbaycanda hansı sürüşmə sahələri aktivləşib?
Azərbaycanda hansı sürüşmə sahələri aktivləşib?
Sputnik Azərbaycan
Əliyev qeyd edib ki, ümumiyyətlə, ölkəmizdə yağan son yağışlar sürüşmə sahələrində nisbətən aktivləşmə hallarına səbəb olub. 13.09.2023, Sputnik Azərbaycan
2023-09-13T16:01+0400
2023-09-13T16:01+0400
2023-09-13T16:12+0400
badamdarda sürüşmə
cəmiyyət
sürüşmə
torpaq sürüşməsi
sürüşmə zonası
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426087810_0:160:3072:1888_1920x0_80_0_0_c82d2b9df519ceb4f05304eb6820cd84.jpg
BAKI, 13 sentyabr — Sputnik. "Mövsümi xarakterli sürüşmələrin aktivləşməsi ehtimalolunandır". Bunu Trend-ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, ərazilərdə davamlı monitorinqlər həyata keçirilir: "Oğuz rayonunun Filfili kəndində sürüşmə hadisəsi baş verib. Sürüşmənin uzunluğu 60, eni isə 30 metrdir və yaşayış evinə yaxın məsafədədir. Mütəxəssislərimiz ərazidədirlər. Əraziyə baxış keçiriləndən sonra dəqiq məlumat vermək olar". Ə.Əliyev qeyd edib ki, ümumiyyətlə, ölkəmizdə yağan son yağışlar sürüşmə sahələrində nisbətən aktivləşmə hallarına səbəb olub: "Amma ciddi bir dinamik dəyişiklik yoxdur. Yalnız Abşeron yarımadasında mövcud olan altı sürüşmə sahəsindən ikisində - Nübar massivi və Masazırda zəif aktivləşmə var. Bayıl yamacında və Badamdar yaylasında ciddi dəyişiklik yoxdur. Fövqəladə Hallar Nazirliyi həmin ərazidə bərkidici tədbirlər görür". "Bundan başqa, Qaraçuxur sürüşmə sahəsində vəziyyət stabildir. Orada istinad divarı qurulub və sürüşmə prosesi tam dayanıb. Bir müddət əvvəl Muğanlı-İsmayıllı yolunda baş verən sürüşmə baş verib. O prosesin qarşısı artıq alınıb", - deyə o qeyd edib. O bildirib ki, Azərbaycandakı sürüşmə zonalarının yeni xəritəsi hazırlanacaq. Onun sözlərinə görə, ümumilikdə ölkə ərazisində 99 lokal sürüşmə zonası müəyyən edilib və xəritələnib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426087810_171:0:2902:2048_1920x0_80_0_0_da9dc3f3b840edb2a3361a0b9a2ef9a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
badamdarda sürüşmə, sürüşmə, torpaq sürüşməsi, sürüşmə zonası
badamdarda sürüşmə, sürüşmə, torpaq sürüşməsi, sürüşmə zonası
Azərbaycanda hansı sürüşmə sahələri aktivləşib?
16:01 13.09.2023 (Yenilənib: 16:12 13.09.2023) Əliyev qeyd edib ki, ümumiyyətlə, ölkəmizdə yağan son yağışlar sürüşmə sahələrində nisbətən aktivləşmə hallarına səbəb olub.
BAKI, 13 sentyabr — Sputnik. "Mövsümi xarakterli sürüşmələrin aktivləşməsi ehtimalolunandır".
Bunu Trend-ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, ərazilərdə davamlı monitorinqlər həyata keçirilir:
"Oğuz rayonunun Filfili kəndində sürüşmə hadisəsi baş verib. Sürüşmənin uzunluğu 60, eni isə 30 metrdir və yaşayış evinə yaxın məsafədədir. Mütəxəssislərimiz ərazidədirlər. Əraziyə baxış keçiriləndən sonra dəqiq məlumat vermək olar".
Ə.Əliyev qeyd edib ki, ümumiyyətlə, ölkəmizdə yağan son yağışlar sürüşmə sahələrində nisbətən aktivləşmə hallarına səbəb olub: "Amma ciddi bir dinamik dəyişiklik yoxdur. Yalnız Abşeron yarımadasında mövcud olan altı sürüşmə sahəsindən ikisində - Nübar massivi və Masazırda zəif aktivləşmə var. Bayıl yamacında və Badamdar yaylasında ciddi dəyişiklik yoxdur. Fövqəladə Hallar Nazirliyi həmin ərazidə bərkidici tədbirlər görür".
"Bundan başqa, Qaraçuxur sürüşmə sahəsində vəziyyət stabildir. Orada istinad divarı qurulub və sürüşmə prosesi tam dayanıb. Bir müddət əvvəl Muğanlı-İsmayıllı yolunda baş verən sürüşmə baş verib. O prosesin qarşısı artıq alınıb", - deyə o qeyd edib.
O bildirib ki, Azərbaycandakı sürüşmə zonalarının yeni xəritəsi hazırlanacaq.
Onun sözlərinə görə, ümumilikdə ölkə ərazisində 99 lokal sürüşmə zonası müəyyən edilib və xəritələnib.