https://sputnik.az/20230913/abs-in-herbi-hava-quvveleri-naziri-vasinqtonu-cinle-muharibeye-hazirlasmaga-cagirib-458574440.html
ABŞ-ın hərbi hava qüvvələri naziri Vaşinqtonu Çinlə müharibəyə hazırlaşmağa çağırıb
ABŞ-ın hərbi hava qüvvələri naziri Vaşinqtonu Çinlə müharibəyə hazırlaşmağa çağırıb
Sputnik Azərbaycan
Frenk Kendall iddia edir ki, Çin Sakit Okeanın qərbində Birləşmiş Ştatlarla mümkün silahlı münaqişəyə hazırlıq məqsədilə ordusunu gücləndirir. 13.09.2023, Sputnik Azərbaycan
2023-09-13T18:42+0400
2023-09-13T18:42+0400
2023-09-13T19:17+0400
çin
dünya xəbərləri
abş
nazir
müharibə
sakit okean
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426819629_0:0:3277:1844_1920x0_80_0_0_d42b849b207fc7f0a459ada32cc11b0a.jpg
BAKI, 13 sentyabr — Sputnik. ABŞ-ın hərbi hava qüvvələri naziri Frenk Kendall Vaşinqtonu Çinlə mümkün hərbi toqquşmaya hazırlığı gücləndirməyə çağırıb. "The Hill" qəzeti yazıb ki, nazirin sözlərinə görə, ABŞ-ın hərbi potensialı Çinin Tayvana qarşı təcavüzünü dayandırmağa kifayət etməsə, müharibə qaçılmaz olacaq. Frenk Kendall iddia edir ki, Çin Sakit Okeanın qərbində Birləşmiş Ştatlarla mümkün silahlı münaqişəyə hazırlıq məqsədilə ordusunu gücləndirir. Pekin aviadaşıyıcılara və aerodromlara zərbə endirmək, həmçinin kosmosda və kiber sahədə informasiya üstünlüyünü saxlamaq üçün iki yeni qoşun növü hazırlayıb. Xatırladaq ki, Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Qomindan ordusunun sığındığı Tayvan 1949-cu ildən bəri müstəqil administrasiya tərəfindən idarə olunur. O vaxtdan etibarən ada kommunist hakimiyyətindən öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyur. Pekinin rəsmi mövqeyinə görə, Tayvan ÇXR-in əyalətlərindən biridir. Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik münasibətləri kəsib və Pekinin "Vahid Çin" siyasətini tanıyıb. Vaşinqton, eyni zamanda, Taybey administrasiyasına silah tədarükünü davam etdirir. ABŞ Prezidenti Cozef Bayden ötən ilin sentyabrında "CBS" telekompaniyasına müsahibəsində Çinin mümkün hərbi müdaxiləsi halında Birləşmiş Ştatların Tayvanı müdafiə edəcəyini bildirib. O, həmçinin deyib ki, Vaşinqton adanın müstəqillik cəhdlərini təqdir etmir.
sakit okean
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426819629_546:0:3277:2048_1920x0_80_0_0_8efa5686e6dac44a8d0c33277d540575.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, abş, nazir, müharibə, sakit okean
çin, abş, nazir, müharibə, sakit okean
ABŞ-ın hərbi hava qüvvələri naziri Vaşinqtonu Çinlə müharibəyə hazırlaşmağa çağırıb
18:42 13.09.2023 (Yenilənib: 19:17 13.09.2023) Frenk Kendall iddia edir ki, Çin Sakit Okeanın qərbində Birləşmiş Ştatlarla mümkün silahlı münaqişəyə hazırlıq məqsədilə ordusunu gücləndirir.
BAKI, 13 sentyabr — Sputnik. ABŞ-ın hərbi hava qüvvələri naziri Frenk Kendall Vaşinqtonu Çinlə mümkün hərbi toqquşmaya hazırlığı gücləndirməyə çağırıb.
"The Hill" qəzeti yazıb ki, nazirin sözlərinə görə, ABŞ-ın hərbi potensialı Çinin Tayvana qarşı təcavüzünü dayandırmağa kifayət etməsə, müharibə qaçılmaz olacaq.
Frenk Kendall iddia edir ki, Çin Sakit Okeanın qərbində Birləşmiş Ştatlarla mümkün silahlı münaqişəyə hazırlıq məqsədilə ordusunu gücləndirir. Pekin aviadaşıyıcılara və aerodromlara zərbə endirmək, həmçinin kosmosda və kiber sahədə informasiya üstünlüyünü saxlamaq üçün iki yeni qoşun növü hazırlayıb.
Xatırladaq ki, Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Qomindan ordusunun sığındığı Tayvan 1949-cu ildən bəri müstəqil administrasiya tərəfindən idarə olunur. O vaxtdan etibarən ada kommunist hakimiyyətindən öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyur. Pekinin rəsmi mövqeyinə görə, Tayvan ÇXR-in əyalətlərindən biridir.
Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik münasibətləri kəsib və Pekinin "Vahid Çin" siyasətini tanıyıb. Vaşinqton, eyni zamanda, Taybey administrasiyasına silah tədarükünü davam etdirir.
ABŞ Prezidenti Cozef Bayden ötən ilin sentyabrında "CBS" telekompaniyasına müsahibəsində Çinin mümkün hərbi müdaxiləsi halında Birləşmiş Ştatların Tayvanı müdafiə edəcəyini bildirib. O, həmçinin deyib ki, Vaşinqton adanın müstəqillik cəhdlərini təqdir etmir.