https://sputnik.az/20230913/a-de-qarsiliqli-ticaretde-milli-valyutalarla-hesablasmalarin-payi-83-teskil-edib-458586696.html
Aİİ-də qarşılıqlı ticarətdə milli valyutalarla hesablaşmaların payı 83% təşkil edib
Aİİ-də qarşılıqlı ticarətdə milli valyutalarla hesablaşmaların payı 83% təşkil edib
Sputnik Azərbaycan
AİK rəhbəri əsas xammalın qiymətlərinin müəyyən edilməsi məsələlərini diqqət çəkərək, Aİİ-nin ümumi Avrasiya mübadilə məkanının formalaşdırılması üzrə... 13.09.2023, Sputnik Azərbaycan
2023-09-13T17:41+0400
2023-09-13T17:41+0400
2023-09-13T17:41+0400
rubl
iqtisadiyyat
aii
avrasiya iqtisadi ittifaqı
valyuta
milli valyuta
hesablaşma
vladivostok
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440289509_0:132:3078:1863_1920x0_80_0_0_c25a87ca04e1dbdf3672a92c08606bc9.jpg
BAKI, 13 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında qarşılıqlı ticarətdə milli valyutalarla hesablaşmaların payı 2022-ci ilin yekunlarına görə 83% təşkil edib. Bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) inteqrasiya və makroiqtisadiyyat naziri, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Qlazyev Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində "Böyük Avrasiya: alternativ beynəlxalq valyuta-maliyyə sisteminin formalaşmasının sürücüləri" adlı sessiyada bildirib. "Milli valyutalarla hesablaşmaların rəqəmsal formada daha da inkişaf etdirilməsi gələcəkdə çox perspektivli istiqamətdir. Əgər dünyanın aparıcı ölkələri və ya ən azı BRİKS ölkələri öz milli valyutalarının müəyyən kvotalarını rəqəmsal formada ayırdıqları barədə razılığa gəlsələr, rəqəmsal birjalarda da bir neçə yüz broker bu valyutaları tarazlıq nisbətinə gətirəcək və biz onlardan istifadə edə bilərik. Düşünürəm ki, bu baş verəcək", - deyə Qlazyev qeyd edib. AİK rəhbəri əsas xammalın qiymətlərinin müəyyən edilməsi məsələlərini diqqət çəkərək, Aİİ-nin ümumi Avrasiya mübadilə məkanının formalaşdırılması üzrə səylərini qeyd edib. Qlazyev həmçinin vurğulayıb ki, mövcud valyuta-maliyyə sisteminin ədalətsizliyi, eləcə də zəifliyi göz qabağındadır. "Bu sistem dünya ehtiyat valyutalarının emitent ölkələrinin öz valyutalarından siyasi məqsədlər üçün istifadə etdikləri zaman qlobal hibrid müharibəsinin alətinə çevrilir. Artıq hər kəsə aydın olub ki, mövcud sərbəst konvertasiya olunan valyutalar zəhərləyici hala gəlib, müasir ölkələr isə bu çağırışlara milli valyutalarda hesablaşmaların kəskin artması ilə cavab verirlər. Bu tendensiya gələcəkdə də güclənəcək", - deyə akademik fikrini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440289509_347:0:3078:2048_1920x0_80_0_0_4eafb260580e885eadf6b2058febe420.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rubl, aii, avrasiya iqtisadi ittifaqı, valyuta, milli valyuta, hesablaşma, vladivostok
rubl, aii, avrasiya iqtisadi ittifaqı, valyuta, milli valyuta, hesablaşma, vladivostok
Aİİ-də qarşılıqlı ticarətdə milli valyutalarla hesablaşmaların payı 83% təşkil edib
AİK rəhbəri əsas xammalın qiymətlərinin müəyyən edilməsi məsələlərini diqqət çəkərək, Aİİ-nin ümumi Avrasiya mübadilə məkanının formalaşdırılması üzrə səylərini qeyd edib.
BAKI, 13 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında qarşılıqlı ticarətdə milli valyutalarla hesablaşmaların payı 2022-ci ilin yekunlarına görə 83% təşkil edib.
Bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) inteqrasiya və makroiqtisadiyyat naziri, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Qlazyev Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində "Böyük Avrasiya: alternativ beynəlxalq valyuta-maliyyə sisteminin formalaşmasının sürücüləri" adlı sessiyada bildirib.
"Milli valyutalarla hesablaşmaların rəqəmsal formada daha da inkişaf etdirilməsi gələcəkdə çox perspektivli istiqamətdir. Əgər dünyanın aparıcı ölkələri və ya ən azı BRİKS ölkələri öz milli valyutalarının müəyyən kvotalarını rəqəmsal formada ayırdıqları barədə razılığa gəlsələr, rəqəmsal birjalarda da bir neçə yüz broker bu valyutaları tarazlıq nisbətinə gətirəcək və biz onlardan istifadə edə bilərik. Düşünürəm ki, bu baş verəcək", - deyə Qlazyev qeyd edib.
AİK rəhbəri əsas xammalın qiymətlərinin müəyyən edilməsi məsələlərini diqqət çəkərək, Aİİ-nin ümumi Avrasiya mübadilə məkanının formalaşdırılması üzrə səylərini qeyd edib.
Qlazyev həmçinin vurğulayıb ki, mövcud valyuta-maliyyə sisteminin ədalətsizliyi, eləcə də zəifliyi göz qabağındadır.
"Bu sistem dünya ehtiyat valyutalarının emitent ölkələrinin öz valyutalarından siyasi məqsədlər üçün istifadə etdikləri zaman qlobal hibrid müharibəsinin alətinə çevrilir. Artıq hər kəsə aydın olub ki, mövcud sərbəst konvertasiya olunan valyutalar zəhərləyici hala gəlib, müasir ölkələr isə bu çağırışlara milli valyutalarda hesablaşmaların kəskin artması ilə cavab verirlər. Bu tendensiya gələcəkdə də güclənəcək", - deyə akademik fikrini yekunlaşdırıb.