https://sputnik.az/20230912/xn-agdam-xankendi-yolunun-acilmasina-munasibet-bildirdi-458537005.html
XİN Ağdam-Xankəndi yolunun açılmasına münasibət bildirdi
XİN Ağdam-Xankəndi yolunun açılmasına münasibət bildirdi
Sputnik Azərbaycan
XİN rəsmisi vurğulayıb ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd-buraxılış məntəqəsində sərhəd və gömrük prosedurlarına əməl... 12.09.2023, Sputnik Azərbaycan
2023-09-12T11:50+0400
2023-09-12T11:50+0400
2023-09-12T11:50+0400
siyasət
azərbaycan xin
ayxan hacızadə
xankəndi
xankəndi-şuşa yolu
şuşa-xankəndi yolu
ağdam
https://cdnn1.img.sputnik.az/img/40054/40/400544008_1:0:1366:768_1920x0_80_0_0_151179351f6fba4d1164b4a4473140e4.jpg
BAKI, 12 sentyabr — Sputnik. "Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə RQXC-nın yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə keçidi təmin olundu. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk". Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam-Xankəndi yolu ilə keçidi, habelə Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda açılması məsələsi ilə bağlı yerli medianın suallarına cavabında bildirib. Onun sözlərinə görə, Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir. XİN rəsmisi vurğulayıb ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır.
https://sputnik.az/20230912/rusiya-qarabagda-yasayan-ermeni-sakinlere-agdam-yolu-ile-erzaq-yardimi-gonderir-458456386.html
xankəndi-şuşa yolu
şuşa-xankəndi yolu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40054/40/400544008_171:0:1195:768_1920x0_80_0_0_e62d18c5aae4f084d02b5a563359cb70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, ayxan hacızadə, xankəndi, xankəndi-şuşa yolu, şuşa-xankəndi yolu, ağdam
azərbaycan xin, ayxan hacızadə, xankəndi, xankəndi-şuşa yolu, şuşa-xankəndi yolu, ağdam
XİN Ağdam-Xankəndi yolunun açılmasına münasibət bildirdi
XİN rəsmisi vurğulayıb ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd-buraxılış məntəqəsində sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır.
BAKI, 12 sentyabr — Sputnik. "Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə RQXC-nın yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə keçidi təmin olundu. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk".
Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam-Xankəndi yolu ilə keçidi, habelə Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda açılması məsələsi ilə bağlı yerli medianın suallarına cavabında bildirib.
Onun sözlərinə görə, Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir.
XİN rəsmisi vurğulayıb ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır.