https://sputnik.az/20230912/srail-azerbaycan-ve-ozbekistanla-bugda-tedaruku-ile-bagli-regional-alyans-yaradir-458540954.html
Azərbaycan və İsrail bir neçə sahədə birgə fəaliyyəti gücləndirmək qərarına gəliblər
Azərbaycan və İsrail bir neçə sahədə birgə fəaliyyəti gücləndirmək qərarına gəliblər
Sputnik Azərbaycan
Mikayıl Cabbarov İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması, əməkdaşlığın inkişafı imkanlarını israilli nazirin diqqətinə çatdırıb. 12.09.2023, Sputnik Azərbaycan
2023-09-12T21:12+0400
2023-09-12T21:12+0400
2023-09-12T20:46+0400
israil
mikayıl cabbarov
https://cdnn1.img.sputnik.az/img/41819/94/418199487_0:99:2000:1224_1920x0_80_0_0_e65a021a37eacb9124e90b88ceb9442b.jpg
BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan və İsrail investisiya, ərzaq təhlükəsizliyi, su təsərrüfatı, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf perspektivlərini, Azərbaycan məhsullarının İsrailə ixracının artırılması məsələlərini müzakirə ediblər.İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixter arasında keçirilən videokonfrans formatında görüşdə aparılıb.M. Cabbarov yüksək səviyyəli əlaqələrə malik ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb, Azərbaycanda əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib.Nazir İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması, əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, bu ölkədən olan iş adamlarını Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal tərəfdaşlığa dəvət edib.A. Dixter ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafına mühüm önəm verdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.Görüşdə Azərbaycan-İsrail iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr aparılıb.14:43Azərbaycan İsraillə ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə müzakirələr aparıbAzərbaycan İsraillə ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr aparıb.Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.M.Cabbarov qeyd edib ki, bu barədə müzakirələr İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterlə videokonfrans formatında keçirdiyi görüşdə aparılıb.Nazir vurğulayıb ki, İsraillə iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr aparılıb.12.09.23, 14:31İsrail Azərbaycan və Özbəkistanla regional alyans yaradırİsrail "ərzaq təhlükəsizliyini təmin etmək" üçün Azərbaycan və Özbəkistanla taxıl sazişləri imzalayıb. Bu barədə İsrail mətbuata istinadən xəbər verir. Məlumata görə, bu sazişlər Ukraynada davam edən müharibə səbəbi ilə yaranan qlobal ərzaq böhranı fonunda İsrailin bütün buğda ehtiyaclarını təmin edəcək. İsrail Azərbaycan və Özbəkistanla imzaladığı saziş buğda tədarükü üçün müsəlman ölkələri ilə ilk regional alyansın yaradılmasına yönəldilib. Saziş "uzunmüddətli"dir və İsrailin buğda mənbələrini diversifikasiya etmək istəyindən irəli gəlir. Qeyd edək ki, COVID-19 pandemiyasının və Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsiri, İsrailin mal idxalını çətinləşdirib və kəskin qiymət artımına səbəb olub. Buğdanın qarşılığında Azərbaycan və Özbəkistan İsraildən kənd təsərrüfatı sahəsində qabaqcıl texnologiyalar alacaq. İsrailin kənd təsərrüfatı naziri Avi Dixter dünən sazişin imzalanma mərasimində bildirib ki, qida təhlükəsizliyinin təmin edilməsi konsepsiyanın bir hissəsi olaraq, bu gün əksəriyyəti İsraildə istehsal olunmayan kənd təsərrüfatı məhsullarının təmin edilməsi üçün mühüm addım atdıq: "Qlobal qeyri-müəyyənliyin hakim olduğu bu dövrdə bir çox ölkə ümumi maraqlar çərçivəsində bizimlə birliktə irəliləmək istəyir. İsrail dövləti ilə digər ölkələr arasında daha çox tərəfdaşlıq yaratmağa davam edəcəyik, bununla da İsrail vətəndaşlarının ərzaq təhlükəsizliyini təmin edəcəyik". Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2050-ci ilə qədər dünyada təxminən 2 milyard insan aclıqdan əziyyət çəkəcək. Buna, Ukrayna müharibəsi ilə yanaşı, iqlim dəyişikliyi və buğda istehsalının azalması da təsir edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41819/94/418199487_118:0:1883:1324_1920x0_80_0_0_6ec5834d817059fc5f106b70388e962d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, mikayıl cabbarov
Azərbaycan və İsrail bir neçə sahədə birgə fəaliyyəti gücləndirmək qərarına gəliblər
Mikayıl Cabbarov İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması, əməkdaşlığın inkişafı imkanlarını israilli nazirin diqqətinə çatdırıb.
BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan və İsrail investisiya, ərzaq təhlükəsizliyi, su təsərrüfatı, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf perspektivlərini, Azərbaycan məhsullarının İsrailə ixracının artırılması məsələlərini müzakirə ediblər.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixter arasında keçirilən videokonfrans formatında görüşdə aparılıb.
M. Cabbarov yüksək səviyyəli əlaqələrə malik ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb, Azərbaycanda əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib.
Nazir İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması, əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, bu ölkədən olan iş adamlarını Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal tərəfdaşlığa dəvət edib.
A. Dixter ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafına mühüm önəm verdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan-İsrail iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr aparılıb.
Azərbaycan İsraillə ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə müzakirələr aparıb
Azərbaycan İsraillə ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr aparıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
M.Cabbarov qeyd edib ki, bu barədə müzakirələr İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterlə videokonfrans formatında keçirdiyi görüşdə aparılıb.
Nazir vurğulayıb ki, İsraillə iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr aparılıb.
İsrail Azərbaycan və Özbəkistanla regional alyans yaradır
İsrail "ərzaq təhlükəsizliyini təmin etmək" üçün Azərbaycan və Özbəkistanla taxıl sazişləri imzalayıb. Bu barədə İsrail mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu sazişlər Ukraynada davam edən müharibə səbəbi ilə yaranan qlobal ərzaq böhranı fonunda İsrailin bütün buğda ehtiyaclarını təmin edəcək.
İsrail Azərbaycan və Özbəkistanla imzaladığı saziş buğda tədarükü üçün müsəlman ölkələri ilə ilk regional alyansın yaradılmasına yönəldilib.
Saziş "uzunmüddətli"dir və İsrailin buğda mənbələrini diversifikasiya etmək istəyindən irəli gəlir.
Qeyd edək ki, COVID-19 pandemiyasının və Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsiri, İsrailin mal idxalını çətinləşdirib və kəskin qiymət artımına səbəb olub.
Buğdanın qarşılığında Azərbaycan və Özbəkistan İsraildən kənd təsərrüfatı sahəsində qabaqcıl texnologiyalar alacaq.
İsrailin kənd təsərrüfatı naziri Avi Dixter dünən sazişin imzalanma mərasimində bildirib ki, qida təhlükəsizliyinin təmin edilməsi konsepsiyanın bir hissəsi olaraq, bu gün əksəriyyəti İsraildə istehsal olunmayan kənd təsərrüfatı məhsullarının təmin edilməsi üçün mühüm addım atdıq:
"Qlobal qeyri-müəyyənliyin hakim olduğu bu dövrdə bir çox ölkə ümumi maraqlar çərçivəsində bizimlə birliktə irəliləmək istəyir. İsrail dövləti ilə digər ölkələr arasında daha çox tərəfdaşlıq yaratmağa davam edəcəyik, bununla da İsrail vətəndaşlarının ərzaq təhlükəsizliyini təmin edəcəyik".
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2050-ci ilə qədər dünyada təxminən 2 milyard insan aclıqdan əziyyət çəkəcək. Buna, Ukrayna müharibəsi ilə yanaşı, iqlim dəyişikliyi və buğda istehsalının azalması da təsir edəcək.