https://sputnik.az/20230912/sebine-eliyeva-asiya-ombudsmanlar-assosiasiyasinin-vitse-prezidenti-secilib-458542926.html
Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib
Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib
Sputnik Azərbaycan
Azərbaycan Ombudsmanının çıxışı zamanı toxunduğu əsas mövzulardan biri AOA tərəfindən ombudsman təsisatları arasında yaradılmış səmərəli dialoq və şəbəkələşmə... 12.09.2023, Sputnik Azərbaycan
2023-09-12T14:12+0400
2023-09-12T14:12+0400
2023-09-12T14:30+0400
ombudsman səbinə əliyeva
cəmiyyət
asiya
ombudsman
https://cdnn1.img.sputnik.az/img/42323/27/423232775_0:0:3080:1733_1920x0_80_0_0_5f37358dfce6ea5deca4a9143c060290.jpg
BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Baş Assambleyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş 17-ci iclasında Assosiasiyanın vitse-prezidenti seçilib. Ombudsman Aparatından bildirilib ki, iclasda çıxışı zamanı S.Əliyeva AOA-nın vitse-prezidenti vəzifəsinə seçilməsində göstərdikləri etimada görə Assosiasiyanın üzvlərinə öz təşəkkürünü bildirib. S.Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ombudsman təsisatlarının mühüm rolunu vurğulayıb. O, AOA-nın Asiya qitəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təmin edilməsi sahəsində mühüm addımlar atdığını, həmçinin insan hüquqlarının qorunması və təşviqində mühüm rol oynayan ortaq dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərən ombudsman təsisatlarını birləşdirdiyini vurğulayıb. Azərbaycan Ombudsmanının çıxışı zamanı toxunduğu əsas mövzulardan biri AOA tərəfindən ombudsman təsisatları arasında yaradılmış səmərəli dialoq və şəbəkələşmə platforması olub. Ombudsman bu Assosiasiyanın insan hüquqlarının müdafiəsi istiqamətində yeni əməkdaşlıq imkanları yaratdığını bildirib. S.Əliyeva çıxışının sonunda Assosiasiya üzvlərini insan hüquqlarının müdafiəsi sahəsində əldə etdikləri qabaqcıl təcrübələri bölüşməyə, həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsində bir-birinə dəstək verməyə dəvət edib.
asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42323/27/423232775_345:0:3076:2048_1920x0_80_0_0_82607797f483c12a34a8c73789872276.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ombudsman səbinə əliyeva, asiya, ombudsman
ombudsman səbinə əliyeva, asiya, ombudsman
Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib
14:12 12.09.2023 (Yenilənib: 14:30 12.09.2023) Azərbaycan Ombudsmanının çıxışı zamanı toxunduğu əsas mövzulardan biri AOA tərəfindən ombudsman təsisatları arasında yaradılmış səmərəli dialoq və şəbəkələşmə platforması olub.
BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Baş Assambleyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş 17-ci iclasında Assosiasiyanın vitse-prezidenti seçilib.
Ombudsman Aparatından bildirilib ki, iclasda çıxışı zamanı S.Əliyeva AOA-nın vitse-prezidenti vəzifəsinə seçilməsində göstərdikləri etimada görə Assosiasiyanın üzvlərinə öz təşəkkürünü bildirib.
S.Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ombudsman təsisatlarının mühüm rolunu vurğulayıb. O, AOA-nın Asiya qitəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təmin edilməsi sahəsində mühüm addımlar atdığını, həmçinin insan hüquqlarının qorunması və təşviqində mühüm rol oynayan ortaq dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərən ombudsman təsisatlarını birləşdirdiyini vurğulayıb.
Azərbaycan Ombudsmanının çıxışı zamanı toxunduğu əsas mövzulardan biri AOA tərəfindən ombudsman təsisatları arasında yaradılmış səmərəli dialoq və şəbəkələşmə platforması olub. Ombudsman bu Assosiasiyanın insan hüquqlarının müdafiəsi istiqamətində yeni əməkdaşlıq imkanları yaratdığını bildirib.
S.Əliyeva çıxışının sonunda Assosiasiya üzvlərini insan hüquqlarının müdafiəsi sahəsində əldə etdikləri qabaqcıl təcrübələri bölüşməyə, həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsində bir-birinə dəstək verməyə dəvət edib.