https://sputnik.az/20230912/sagird-ve-abituriyentler-ucun-elave-vesaitlerin-qiymeti-niye-fantastik-hedde-catib-video-458433895.html
Şagird və abituriyentlər üçün əlavə vəsaitlərin qiyməti niyə fantastik həddə çatıb? Video
Şagird və abituriyentlər üçün əlavə vəsaitlərin qiyməti niyə fantastik həddə çatıb? Video
Sputnik Azərbaycan
Valideynlər bahalıqdan və əlavə dərs vəsaitlərinin kimlərinsə biznesinə çevrilməsindən şikayətçidirlər. 12.09.2023, Sputnik Azərbaycan
2023-09-12T09:29+0400
2023-09-12T09:29+0400
2023-09-12T09:29+0400
şagird
təhsil
dərslik
dim
kamran əsədov
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458421561_0:120:1280:840_1920x0_80_0_0_aacf70fbc96286055699c66956b7cbe8.jpg
BAKI, 12 sentyabr — Sputnik. Azərbaycanda DİM-in və digər nəşriyyatların çap etdiyi əlavə vəsaitlərin qiyməti bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib. Qİymətlərdə 3-4 manat bahalaşma var Onlar bildiriblər ki, DİM-in əlavə dərs vəsaitlərinin qiymətində iki manat, müxtəlif nəşriyyatların çap etdiyi abituriyentlər üçün nəzərdə tutulmuş əlavə vəsaitlərin qiymətində isə üç-dörd manat bahalaşma var. Valideynlər əlavə dərs vəsaitlərini almağa məcbur olduqlarını, bu vəsaitlər olmadan şagirdlərin summativ qiymətləndirmələrdə zəif nəticə göstərdiklərini, abituriyent hazırlığı üçün isə bu kitabların mütləq şəkildə alınmalı olduğunu söyləyirlər. Valideyn Səidə Qafarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, övladlarından biri 6, digəri isə 10-cu sinifdə oxuyur. O, hər iki övladı üçün əlavə dərs vəsaitləri almalı olduğunu deyib, qiymətlərin bahalığından şikayətlənib:"Əlavə dərs vəsaitlərinin alınması məcburi olmasa da, biz bu vəsaitləri almağa məcburuq. Əks halda müəllimlər də bildirir ki, şagirdlər test tapşırıqlarını edə bilmirlər. Ötən il 7 manata aldığımız kitablar bu il 8 manat olub. Abituriyentlər üçün əlavə dərs vəsaitlərinə isə heç yaxın düşmək olmur. İki əlavə dərs vəsaitinin qiyməti 30 manat edir. Test toplularının qiyməti 6 manatdan 8 manata çatıb. Demək olar ki, bütün nəşriyyatlar qiymətləri bahalaşdırıblar. Sanki əlavə dərs vəsaitləri bir biznesə çevrilib. Biz isə hazırlıq və məktəb müəllimləri hansı əlavə vəsaiti deyirsə, onu da almağa məcburuq. Əks halda uşağın nəticələri aşağı düşür, ali məktəbə qəbul olmaq şansını itirir". Abituriyentlər üçün əlavə vəsaitlərin qiyməti 15-16 manata çatıb Kitab mağazalarının birində həmsöhbət olduğumuz digər valideyn Mətanət Seyidova isə "Güvən" nəşriyyatının kitablarının qiymətinin fantastik həddə çatdığını söyləyib. Bildirib ki, digər nəşriyyatlar DİM-i qiymətdə geri qoyub. "10-cu sinifdə oxuyan övladıma abituriyentlər üçün vəsait, Vüqar Adilovun müəllifi olduğu Ədəbiyyat nəşrini almışam. Yeni nəşrin qiyməti 16 manatdır. Ədəbiyyat dərs vəsaitinin qiyməti isə 15 manat olub. Halbuki bu əlavə vəsaitlərin qiymət 11-12 manat idi. Qiymətlərin belə bahalaşması bizi də çətin vəziyyətdə qoyub. Ali məktəbə hazırlaşan abituriyentlər ən azı 5 fəndən repetitor hazırlığına gedirlər. Hər fəndən isə minimum 4-5 kitab almalı oluruq. Bir abituriyentə əlavə vəsait almaq üçün valideyndən ən azı 150 manat pul tələb olunur. Artıq məktəblər formal sənəd verən müəssisəyə çevrilib. Hər kəs məktəb olsa da, övladını repetitor hazılığına qoymalıdır ki, ali məktəbə qəbul olsun. Bir ayda bir şagirdin repetitorda hazırlığı valideynə ən azı 250-500 manata başa gəlir. Kitabları da bahalaşdırandan bu xərcimiz daha da artıb". Bahalaşmanın səbəbi nədir? Kitab satış mağazaları isə əlavə dərs vəsaitlərinin qiymətinin bahalaşmasının nəşriyyatlarla bağlı olduğunu bildirdilər. DİM-in "Abituriyent Jurnalı" redaksiyasından Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirildi ki, DİM-in qiymətləndirmə tapşırıqları üzrə əlavə dərs vəsaitində 1-2 manata qədər qiymət artımı olub. Bu isə mətbəə xərclərinin bahalaşması ilə əlaqədardır. "Siniflər üzrə qiymətləndirmə tapşırıqları kitabları 2021-ci ildə 7 AZN idi, 2023-cü ildə 8 AZN -dir. Test topluları 2019-cu ildə 6 AZN idi. 2023-cü ildə 8 AZN -dir". Əlaqə saxladığımı bəzi nəşriyyatlar qiymətlərin bahalaşması ilə bağlı sualımızı cavablandırmaqdan yayındılar. "Mücrü" nəşriyyatından Sputnik Azərbaycan-a əlavə dərs vəsaitlərinin bahalaşdığını təsdiqlədilər. Bildirdilər ki, buna səbəb ölkəmizdə kağız istehsalının olmaması, xaricdən idxal edilən kağızların bahalaşmasıdır. Apardığımız araşdırma zamanı onu da öyrəndik ki, müəlliflər qiymətdə ciddi artım etməyiblər. Adının çəkilməsini istəməyən əlavə dərs vəsaiti müəllifi bildirdi ki, bütün müəlliflər kimi o da nəşriyyatlarla 50 faiz qarşılığında işləyir. Əksər nəşriyyatların öz satış nöqtələri var. Onlar kitabları müəllifdən alaraq 40-50 faiz qarşılığında satırlar. Kitabların qiymətinin bahalaşması əsasən kağız idxalında baş vermiş bahalaşma ilə bağlıdır. Dövlət güzəşt etsə də, qiymətlər bahalaşır Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün əlavə dərs vəsaitlərinin qiyməti kifayət qədər bahalaşıb. Bu isə kağız daşıyıcılarının qiymətinin bahalaşması ilə əlaqədardır. Ekspert bunun aztəminatlı ailələrin təhsilə əlçatanlığına mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, qiymətlərin bu qədər bahalaşması reallığı əks etdirmir. Çünki, abituriyent hazırlığı üçün DİM-in və digər nəşriyyatlartın çap etdiyi əlavə vəsaitlərin çoxu yeni nəşrlər deyil. Çap olunmuş nüsxələrin bir neçə sualını dəyişməklə yenidən nəşr olunur. Test banklarına baxdıqda da ciddi fərqin olmadığı üzə çıxır. K.Əsədov deyir ki, ölkəmizə kağızların idxalına bir sıra güzəştlərin tətbiqinə baxmayaraq, kağız nəşrlər nəyəsə görə günü-gündən bahalaşır: "Əlavə dərs vəsaiti yenidən müəllif tərəfindən hazırlanarsa, bu, vəsaitlərin bahalaşmasına əsas ola bilər. Amma çoxu köhnə nəşrlərdir. Bunlarda kəskin dəyişiklik yoxdur. Ona görə də, test banklarının bu qədər bahalaşması ədalətsizlikdir. Bu, uşaqların daha yaxşı hazırlaşmasına mənfi təsir göstərir. Aztəminatlı ailələr öz övladlarına bu əlavə vəsaitləri ala bilmirlər". Kağız idxalına nə qədər güzəşt edilib? Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycana idxal olunan 270 növ müxtəlif mallar 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Onların arasında kağız, karton və sair mallar da var. Məlumat üçün bildirək ki, Azərbaycana idxal olunan daha 3 növ kağız və karton - sonrakı emala məruz qalmamış və ya emal olunmuş rulonlarda və ya vərəqlərdə digər təbaşirlənməmiş digər kağız və karton, sulfitli sarğı kağızı və 1 m2-nin kütləsi 150 q-dan az olan rulonlarda və ya vərəqlərdə təbaşirlənməmiş kraft-kağız və kraft-karton gələn il yanvarın 1-dən 5 faiz gömrük rüsumundan azad edilib. Buna baxmayaraq ölkəmizdə kitabların qiyməti günü-gündən bahalaşır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458421561_0:0:1280:960_1920x0_80_0_0_3b64b52c3bd24a204a574a779591a0d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şagird, dərslik, dim, kamran əsədov
şagird, dərslik, dim, kamran əsədov
Şagird və abituriyentlər üçün əlavə vəsaitlərin qiyməti niyə fantastik həddə çatıb? Video
Valideynlər bahalıqdan və əlavə dərs vəsaitlərinin kimlərinsə biznesinə çevrilməsindən şikayətçidirlər.
BAKI, 12 sentyabr — Sputnik. Azərbaycanda DİM-in və digər nəşriyyatların çap etdiyi əlavə vəsaitlərin qiyməti bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib.
Qİymətlərdə 3-4 manat bahalaşma var
Onlar bildiriblər ki, DİM-in əlavə dərs vəsaitlərinin qiymətində iki manat, müxtəlif nəşriyyatların çap etdiyi abituriyentlər üçün nəzərdə tutulmuş əlavə vəsaitlərin qiymətində isə üç-dörd manat bahalaşma var. Valideynlər əlavə dərs vəsaitlərini almağa məcbur olduqlarını, bu vəsaitlər olmadan şagirdlərin summativ qiymətləndirmələrdə zəif nəticə göstərdiklərini, abituriyent hazırlığı üçün isə bu kitabların mütləq şəkildə alınmalı olduğunu söyləyirlər.
Valideyn Səidə Qafarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, övladlarından biri 6, digəri isə 10-cu sinifdə oxuyur. O, hər iki övladı üçün əlavə dərs vəsaitləri almalı olduğunu deyib, qiymətlərin bahalığından şikayətlənib:
"Əlavə dərs vəsaitlərinin alınması məcburi olmasa da, biz bu vəsaitləri almağa məcburuq. Əks halda müəllimlər də bildirir ki, şagirdlər test tapşırıqlarını edə bilmirlər. Ötən il 7 manata aldığımız kitablar bu il 8 manat olub. Abituriyentlər üçün əlavə dərs vəsaitlərinə isə heç yaxın düşmək olmur. İki əlavə dərs vəsaitinin qiyməti 30 manat edir. Test toplularının qiyməti 6 manatdan 8 manata çatıb. Demək olar ki, bütün nəşriyyatlar qiymətləri bahalaşdırıblar. Sanki əlavə dərs vəsaitləri bir biznesə çevrilib. Biz isə hazırlıq və məktəb müəllimləri hansı əlavə vəsaiti deyirsə, onu da almağa məcburuq. Əks halda uşağın nəticələri aşağı düşür, ali məktəbə qəbul olmaq şansını itirir".
Abituriyentlər üçün əlavə vəsaitlərin qiyməti 15-16 manata çatıb
Kitab mağazalarının birində həmsöhbət olduğumuz digər valideyn Mətanət Seyidova isə "Güvən" nəşriyyatının kitablarının qiymətinin fantastik həddə çatdığını söyləyib. Bildirib ki, digər nəşriyyatlar DİM-i qiymətdə geri qoyub.
"10-cu sinifdə oxuyan övladıma abituriyentlər üçün vəsait, Vüqar Adilovun müəllifi olduğu Ədəbiyyat nəşrini almışam. Yeni nəşrin qiyməti 16 manatdır. Ədəbiyyat dərs vəsaitinin qiyməti isə 15 manat olub. Halbuki bu əlavə vəsaitlərin qiymət 11-12 manat idi. Qiymətlərin belə bahalaşması bizi də çətin vəziyyətdə qoyub. Ali məktəbə hazırlaşan abituriyentlər ən azı 5 fəndən repetitor hazırlığına gedirlər. Hər fəndən isə minimum 4-5 kitab almalı oluruq. Bir abituriyentə əlavə vəsait almaq üçün valideyndən ən azı 150 manat pul tələb olunur. Artıq məktəblər formal sənəd verən müəssisəyə çevrilib. Hər kəs məktəb olsa da, övladını repetitor hazılığına qoymalıdır ki, ali məktəbə qəbul olsun. Bir ayda bir şagirdin repetitorda hazırlığı valideynə ən azı 250-500 manata başa gəlir. Kitabları da bahalaşdırandan bu xərcimiz daha da artıb".
Bahalaşmanın səbəbi nədir?
Kitab satış mağazaları isə əlavə dərs vəsaitlərinin qiymətinin bahalaşmasının nəşriyyatlarla bağlı olduğunu bildirdilər.
DİM-in "Abituriyent Jurnalı" redaksiyasından Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirildi ki, DİM-in qiymətləndirmə tapşırıqları üzrə əlavə dərs vəsaitində 1-2 manata qədər qiymət artımı olub. Bu isə mətbəə xərclərinin bahalaşması ilə əlaqədardır.
"Siniflər üzrə qiymətləndirmə tapşırıqları kitabları 2021-ci ildə 7 AZN idi, 2023-cü ildə 8 AZN -dir. Test topluları 2019-cu ildə 6 AZN idi. 2023-cü ildə 8 AZN -dir".
Əlaqə saxladığımı bəzi nəşriyyatlar qiymətlərin bahalaşması ilə bağlı sualımızı cavablandırmaqdan yayındılar.
"Mücrü" nəşriyyatından Sputnik Azərbaycan-a əlavə dərs vəsaitlərinin bahalaşdığını təsdiqlədilər. Bildirdilər ki, buna səbəb ölkəmizdə kağız istehsalının olmaması, xaricdən idxal edilən kağızların bahalaşmasıdır.
Apardığımız araşdırma zamanı onu da öyrəndik ki, müəlliflər qiymətdə ciddi artım etməyiblər. Adının çəkilməsini istəməyən əlavə dərs vəsaiti müəllifi bildirdi ki, bütün müəlliflər kimi o da nəşriyyatlarla 50 faiz qarşılığında işləyir. Əksər nəşriyyatların öz satış nöqtələri var. Onlar kitabları müəllifdən alaraq 40-50 faiz qarşılığında satırlar. Kitabların qiymətinin bahalaşması əsasən kağız idxalında baş vermiş bahalaşma ilə bağlıdır.
Dövlət güzəşt etsə də, qiymətlər bahalaşır
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün əlavə dərs vəsaitlərinin qiyməti kifayət qədər bahalaşıb. Bu isə kağız daşıyıcılarının qiymətinin bahalaşması ilə əlaqədardır.
Ekspert bunun aztəminatlı ailələrin təhsilə əlçatanlığına mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, qiymətlərin bu qədər bahalaşması reallığı əks etdirmir. Çünki, abituriyent hazırlığı üçün DİM-in və digər nəşriyyatlartın çap etdiyi əlavə vəsaitlərin çoxu yeni nəşrlər deyil. Çap olunmuş nüsxələrin bir neçə sualını dəyişməklə yenidən nəşr olunur. Test banklarına baxdıqda da ciddi fərqin olmadığı üzə çıxır. K.Əsədov deyir ki, ölkəmizə kağızların idxalına bir sıra güzəştlərin tətbiqinə baxmayaraq, kağız nəşrlər nəyəsə görə günü-gündən bahalaşır:
"Əlavə dərs vəsaiti yenidən müəllif tərəfindən hazırlanarsa, bu, vəsaitlərin bahalaşmasına əsas ola bilər. Amma çoxu köhnə nəşrlərdir. Bunlarda kəskin dəyişiklik yoxdur. Ona görə də, test banklarının bu qədər bahalaşması ədalətsizlikdir. Bu, uşaqların daha yaxşı hazırlaşmasına mənfi təsir göstərir. Aztəminatlı ailələr öz övladlarına bu əlavə vəsaitləri ala bilmirlər".
Kağız idxalına nə qədər güzəşt edilib?
Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycana idxal olunan 270 növ müxtəlif mallar 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Onların arasında kağız, karton və sair mallar da var.
Məlumat üçün bildirək ki, Azərbaycana idxal olunan daha 3 növ kağız və karton - sonrakı emala məruz qalmamış və ya emal olunmuş rulonlarda və ya vərəqlərdə digər təbaşirlənməmiş digər kağız və karton, sulfitli sarğı kağızı və 1 m2-nin kütləsi 150 q-dan az olan rulonlarda və ya vərəqlərdə təbaşirlənməmiş kraft-kağız və kraft-karton gələn il yanvarın 1-dən 5 faiz gömrük rüsumundan azad edilib. Buna baxmayaraq ölkəmizdə kitabların qiyməti günü-gündən bahalaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.