https://sputnik.az/20230912/prezident-lham-eliyev-xirdalanda-tam-orta-mektebin-yeni-binasinin-acilisinda-istirak-edib-458532501.html
Prezident İlham Əliyev Xırdalanda tam orta məktəbin yeni binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Xırdalanda tam orta məktəbin yeni binasının açılışında iştirak edib
Sputnik Azərbaycan
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib. 12.09.2023, Sputnik Azərbaycan
2023-09-12T12:54+0400
2023-09-12T12:54+0400
2023-09-12T13:52+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
məktəb
açılış
https://cdnn1.img.sputnik.az/img/07e6/09/08/445827593_0:104:3271:1944_1920x0_80_0_0_7650a8d951c6cf26b575c00d77df47cb.jpg
BAKI, 12 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib. Qeyd edək ki, bu məktəbin layihəsi Xırdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sıxlığı nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən hazırlanıb və uğurla icra olunub. Məktəb binasının tikintisinə 2021-ci ilin fevral ayında başlanıb və bu ilin sentyabr ayında başa çatdırılıb. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şəraitə malikdir. Yeni məktəbdə 74 sinif, 6 informatika otağı, məktəbəqədər 2 hazırlıq otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, 2 idman zalı, 2 əmək otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkxana və 400 nəfərlik akt zalı yaradılıb. Prezident İlham Əliyev yeni təhsil ocağının məktəbəqədər hazırlıq, ibtidai sinif otaqlarında, biologiya kabinetində, çağırışa qədər hərbi hazırlıq otağında, STEAM Mərkəzində, fizika kabinetində, kimya laboratoriyasında, informatika otağında, idman zalında və yeməkxanada yaradılan şəraitlə tanış oldu. STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə aşılamaqla yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Bu məktəbin STEAM Mərkəzi də elektron lövhələr, kompüterlər, 3D printerlər, müvafiq öyrədici qurğular, elektron komponentlər və dəftərxana ləvazimatları ilə təmin olunub. Burada, həmçinin mühəndis emalatxanası, kiçik yaşlı uşaqlar üçün zona, təlim və robototexnika otaqları var. Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər ölkələrin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Xırdalan şəhəri 11 saylı tam orta məktəbin ən müasir standartlara cavab verən binasının inşası da bir daha təsdiqləyir ki, ölkəmizdə təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir.12.09.23, 10:08 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/08/445827593_270:0:3001:2048_1920x0_80_0_0_73d4705b670a64b8c29882b971163a07.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, məktəb, açılış
prezident ilham əliyev, məktəb, açılış
Prezident İlham Əliyev Xırdalanda tam orta məktəbin yeni binasının açılışında iştirak edib
12:54 12.09.2023 (Yenilənib: 13:52 12.09.2023) Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.
BAKI, 12 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.
Qeyd edək ki, bu məktəbin layihəsi Xırdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sıxlığı nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən hazırlanıb və uğurla icra olunub.
Məktəb binasının tikintisinə 2021-ci ilin fevral ayında başlanıb və bu ilin sentyabr ayında başa çatdırılıb. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şəraitə malikdir. Yeni məktəbdə 74 sinif, 6 informatika otağı, məktəbəqədər 2 hazırlıq otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, 2 idman zalı, 2 əmək otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkxana və 400 nəfərlik akt zalı yaradılıb.
Prezident İlham Əliyev yeni təhsil ocağının məktəbəqədər hazırlıq, ibtidai sinif otaqlarında, biologiya kabinetində, çağırışa qədər hərbi hazırlıq otağında, STEAM Mərkəzində, fizika kabinetində, kimya laboratoriyasında, informatika otağında, idman zalında və yeməkxanada yaradılan şəraitlə tanış oldu.
STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə aşılamaqla yanaşı, onlara mühəndislik səriştələri öyrədir.
Bu məktəbin STEAM Mərkəzi də elektron lövhələr, kompüterlər, 3D printerlər, müvafiq öyrədici qurğular, elektron komponentlər və dəftərxana ləvazimatları ilə təmin olunub. Burada, həmçinin mühəndis emalatxanası, kiçik yaşlı uşaqlar üçün zona, təlim və robototexnika otaqları var. Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür.
Təhsildəki nailiyyətlər ölkələrin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir.
Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Xırdalan şəhəri 11 saylı tam orta məktəbin ən müasir standartlara cavab verən binasının inşası da bir daha təsdiqləyir ki, ölkəmizdə təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.