DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Polşa sentyabrın 15-dən Ukrayna taxılının idxalına qadağa qoyub

© AFP 2024 / ASAAD NIAZITaxıl
Taxıl - Sputnik Azərbaycan, 1920, 12.09.2023
Abunə olmaq
Brüssel rəsmilərinin qərarı Varşavanı sərhədlərini açmağa məcbur etməyəcək.
BAKI, 12 sentyabr — Sputnik. Polşa hökuməti sentyabrın 15-dən sonra Ukraynadan taxıl idxalını qadağan edən qətnamə qəbul edib.
Bu barədə respublikanın kənd təsərrüfatı və kəndlərin inkişafı naziri Robert Telyus Polşa televiziyasında məlumat verib.
Onun sözlərinə görə, sənəd Avropa Komissiyasının qərarından asılı olmayaraq qüvvəyə minəcək. Varşava, həmçinin, bu qətnaməni AK-ya göndərib. Polşada təşkilat rəhbərliyinin Ukrayna taxılının idxalına qadağa qoyulması barədə qərar qəbul edəcəyini gözləyirlər.
"Əgər o, qərar verməsə və bizim də sentyabrın 15-nə qədər hələ bir neçə günümüz varsa, o zaman biz dəqiq olaraq öz əmrimizi qüvvəyə mindirəcəyik ki, bu da Avropa İttifaqının Polşa-Ukrayna iqtisadi əlaqələr məsələsini həll edənə qədər Polşa ərazisinə dörd növ taxıl idxalını qadağan edəcək", - deyə Telyus bəyan edib.
Polşanın baş naziri Mateuş Moravetskinin bildirdiyinə görə, dövlət özünü Ukrayna taxılı ilə doldurmağa imkan verməyəcək. Onun sözlərinə görə, Brüssel rəsmilərinin qərarı Varşavanı sərhədlərini açmağa məcbur etməyəcək.
Daha əvvəl Moravetski Ukraynadan taxıl idxalı ilə bağlı Avropa Komissiyasına ultimatum verib.
Xəbər lenti
0