CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis Ordu ilə bağlı "Tik-Tok"da yalan məlumatlar yayan şəxsi saxlayıb

© AFP 2024 / TOLGA AKMEN TikTok
 TikTok  - Sputnik Azərbaycan, 1920, 12.09.2023
Abunə olmaq
"Tik-Tok" platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxsin əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
BAKI, 12 sentyabr — Sputnik. Sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür.
DİN-in mətbuat xidmətindən bildirilib ki, davam etdirilən tədbirlərlə "Tik-Tok" platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib. Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti sentyabrın 6-da sosial şəbəkələrdə Silahlı Qüvvələr barədə video yaymaqla bağlı xəbərdarlıq edib. Orada qeyd olunurdu ki, son günlər "Telegram" kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib sosial şəbəkələr vasitəsilə yayılmasına təhrik edən çağırışlar yer almaqdadır. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kimi hallar nəzarətə götürülüb və analoji hərəkətləri etməyə təşəbbüs göstərən şəxslər barəsində zəruri tədbirlərin görülməsi təmin ediləcək.
"Ölkəmizin milli təhlükəsizliyinə və müdafiə qabiliyyətinə ciddi ziyan vuran, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid və dövlət sirri təşkil edən məlumatları özündə ehtiva edən videoçəkilişləri apararaq yaymaq qətiyyən yolverilməzdir və vətəndaşları belə əməlləri etməkdən çəkinməyə çağırırıq. Eyni zamanda vurğulayırıq ki, qeyd olunan hüquqazidd hərəkətlərə qəsdən yol verilməsi dövlət sirrini yayma, bəzi hallarda isə dövlətə xəyanət cinayət əməllərinin törədilməsi şübhəsi üzrə araşdırma predmeti kimi çıxış edir və müvafiq hüquqi məsuliyyət tədbirlərinə səbəb olur" - Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı xəbərdarlıqda deyilir.
DTX-nın emblemi - Sputnik Azərbaycan, 1920, 06.09.2023
CƏMİYYƏT
DTX sosial şəbəkələrdə Silahlı Qüvvələr barədə video yaymaqla bağlı xəbərdarlıq etdi
Xəbər lenti
0