https://sputnik.az/20230912/meta-yeni-daha-guclu-suni-intellekt-modeli-hazirlayir---media-458507200.html
"Meta" yeni, daha güclü süni intellekt modeli hazırlayır - media
"Meta" yeni, daha güclü süni intellekt modeli hazırlayır - media
Sputnik Azərbaycan
Yeni model digər şirkətlərə mürəkkəb mətn, analitik və digər nəticələr verən xidmətlər yaratmağa kömək edəcək. 12.09.2023, Sputnik Azərbaycan
2023-09-12T10:17+0400
2023-09-12T10:17+0400
2023-09-12T10:17+0400
abş
dünya xəbərləri
şirkət
https://cdnn1.img.sputnik.az/img/07e7/05/16/455142424_0:0:3207:1804_1920x0_80_0_0_7602288dee2dfa9726690e4b55652e84.jpg
BAKI, 12 sentyabr — Sputnik. ABŞ-ın "Meta"* şirkəti (Rusiya Federasiyasında ekstremist kimi tanınıb və qadağan edilib; onun "Facebook*" və "Instagram"* sosial şəbəkələri də Rusiya Federasiyasında ekstremist kimi qadağan edilib) yeni, daha güclü süni intellekt (Sİ) modeli yaratmaq üzərində işləyir. Bu barədə "Wall Street Journal" mənbələrə istinadən yazıb. Mənbələrə görə, yeni model digər şirkətlərə mürəkkəb mətn, analitik və digər nəticələr verən xidmətlər yaratmağa kömək edəcək. Şirkət hazırda bu iş üçün lazım olan məlumat mərkəzlərini qurur və bu növ süni intellekt təlimi üçün istifadə edilən "Nvidia"nın ən qabaqcıl çipi olan daha çox H100-ləri əldə edir. Şirkət gələn il hazır olacağına ümid etdiyi yeni süni intellekt modelinin cəmi iki ay əvvəl buraxdığı "Llama 2" adlanan modeldən bir neçə dəfə güclü olacağını planlaşdırır. Mənbələrdən onu da bildiriblər ki, "Meta" 2024-cü ilin əvvəlində "böyük dil modeli" kimi tanınan yeni süni intellekt sisteminin təliminə başlamağı planlaşdırıb. Xatırladaq ki, "Facebook" şirkəti 2021-ci ildə adının Meta olaraq dəyişdiriləcəyini elan edib. Onun yaradıcısı Mark Zukerberq bildirib ki, diqqətini yeni brendə - insanın ekranlardan imtina edəcəyi və virtual reallıqda mövcudluğun effektini yaşayacağı metaverseyə yönəldib.* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/16/455142424_379:0:3110:2048_1920x0_80_0_0_2476fc934a17a3b1cb51e21904f30794.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, şirkət
"Meta" yeni, daha güclü süni intellekt modeli hazırlayır - media
Yeni model digər şirkətlərə mürəkkəb mətn, analitik və digər nəticələr verən xidmətlər yaratmağa kömək edəcək.
BAKI, 12 sentyabr — Sputnik. ABŞ-ın "Meta"* şirkəti (Rusiya Federasiyasında ekstremist kimi tanınıb və qadağan edilib; onun "Facebook*" və "Instagram"* sosial şəbəkələri də Rusiya Federasiyasında ekstremist kimi qadağan edilib) yeni, daha güclü süni intellekt (Sİ) modeli yaratmaq üzərində işləyir. Bu barədə "Wall Street Journal" mənbələrə istinadən yazıb.
""Facebook" və "Instagram"ın ana şirkəti, "ChatGPT"ni yaradan "Microsoft" tərəfindən dəstəklənən startap olan, "OpenAI" tərəfindən təklif edilən ən qabaqcıl model qədər güclü olacaq yeni süni intellekt sistemi üzərində işləyir", – deyə qəzet mənbələrdən aldığı məlumata əsasən bildirib.
Mənbələrə görə, yeni model digər şirkətlərə mürəkkəb mətn, analitik və digər nəticələr verən xidmətlər yaratmağa kömək edəcək. Şirkət hazırda bu iş üçün lazım olan məlumat mərkəzlərini qurur və bu növ süni intellekt təlimi üçün istifadə edilən "Nvidia"nın ən qabaqcıl çipi olan daha çox H100-ləri əldə edir.
Şirkət gələn il hazır olacağına ümid etdiyi yeni süni intellekt modelinin cəmi iki ay əvvəl buraxdığı "Llama 2" adlanan modeldən bir neçə dəfə güclü olacağını planlaşdırır.
Mənbələrdən onu da bildiriblər ki, "Meta" 2024-cü ilin əvvəlində "böyük dil modeli" kimi tanınan yeni süni intellekt sisteminin təliminə başlamağı planlaşdırıb.
Xatırladaq ki, "Facebook" şirkəti 2021-ci ildə adının Meta olaraq dəyişdiriləcəyini elan edib. Onun yaradıcısı Mark Zukerberq bildirib ki, diqqətini yeni brendə - insanın ekranlardan imtina edəcəyi və virtual reallıqda mövcudluğun effektini yaşayacağı metaverseyə yönəldib.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.