https://sputnik.az/20230912/merakesde-zelzele-neticesinde-olenlerin-sayi-2497-nefere-catib---merakes-dn-458521894.html
Mərakeşdə zəlzələnin dəhşəti davam edir: Ölənlərin sayı 2901 nəfərə çatıb
Mərakeşdə zəlzələnin dəhşəti davam edir: Ölənlərin sayı 2901 nəfərə çatıb
Sputnik Azərbaycan
Müxtəlif ölkələrin axtarış-xilasetmə qrupları və təcili yardım xidmətləri binaların dağıntıları altında qalanların axtarışlarını davam etdirir. 12.09.2023, Sputnik Azərbaycan
2023-09-12T18:24+0400
2023-09-12T18:24+0400
2023-09-12T17:51+0400
zəlzələ
dünya xəbərləri
mərakeş
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0b/458501858_0:160:3072:1888_1920x0_80_0_0_eb1a9e0d37b01f49a6a7c4aba54d1248.jpg
BAKI, 12 sentyabr — Sputnik. Mərakeşdə 7,0 bal gücündə zəlzələ qurbanlarının sayı təxminən iki dəfə artaraq 5530 nəfərə çatıb.Bu barədə Krallığın Daxili İşlər Nazirliyi öz saytında məlumat yayıb.Onun sözlərinə görə, seysmik aktivlik qurbanlarının sayı artaraq 2901 nəfərə çatıb.Ən çox ölüm halı Əl-Hövz vilayətində (1643) qeydə alınıb. Hazırda təcili yardım xidmətləri axtarış-xilasetmə işlərini davam etdirir. Ölənlərin və yaralananların sayının artmasına, eləcə də böyük dağıntılara baxmayaraq, Mərakeş Xarici İşlər Nazirliyi daha əvvəl Əlcəzair konsulluğuna rəsmi mesaj göndərərək qonşu ölkənin ona təklif etdiyi yardımdan imtina edib. Krallıq bu qərarın səbəbləri barədə məlumat verməyib.***Mərakeşdə 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2862 nəfərə çatıb.Bu barədə “Reuters“ Mərakeş dövlət televiziyasına istinadla məlumat yayıb.Bildirilib ki, yaralananların sayı 2562 nəfərdir. Müxtəlif ölkələrin axtarış-xilasetmə qrupları və təcili yardım xidmətləri binaların dağıntıları altında qalanların axtarışlarını davam etdirir.Sentyabrın 11-də 2681 nəfərin öldüyü, 2501 nəfərin yaralandığı bildirilmişdi.Qeyd edək ki, sentyabrın 8-də Mərakeş Krallığında güclü zəlzələ baş verib. Mərakeş Milli Geofizika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri El Haouz əyalətində yerləşən İgil bölgəsində olub. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.11.09.23, 17:39Mərakeşdə baş verən 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2497 nəfərə çatıb. Bu barədə Krallığın Daxili İşlər Nazirliyi öz saytında məlumat verib. Nazirliyin məlumatına görə, ən azı 2476 nəfər seysmik aktivlikdən zərər çəkib. Qurbanların sayı ən çox Əl-Hauz (1452) və Tarudant (764) əyalətlərində qeydə alınıb. Bir gün əvvəl Mərakeş hakimiyyəti 2122 qurban və 2420 yaralı barədə məlumat verib. Qeyd edək ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0b/458501858_171:0:2902:2048_1920x0_80_0_0_29a44b7c7f1020148dadd74190254be3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, mərakeş
Mərakeşdə zəlzələnin dəhşəti davam edir: Ölənlərin sayı 2901 nəfərə çatıb
Müxtəlif ölkələrin axtarış-xilasetmə qrupları və təcili yardım xidmətləri binaların dağıntıları altında qalanların axtarışlarını davam etdirir.
BAKI, 12 sentyabr — Sputnik. Mərakeşdə 7,0 bal gücündə zəlzələ qurbanlarının sayı təxminən iki dəfə artaraq 5530 nəfərə çatıb.
Bu barədə Krallığın Daxili İşlər Nazirliyi öz saytında məlumat yayıb.
Onun sözlərinə görə, seysmik aktivlik qurbanlarının sayı artaraq 2901 nəfərə çatıb.
Ən çox ölüm halı Əl-Hövz vilayətində (1643) qeydə alınıb.
Hazırda təcili yardım xidmətləri axtarış-xilasetmə işlərini davam etdirir.
Ölənlərin və yaralananların sayının artmasına, eləcə də böyük dağıntılara baxmayaraq, Mərakeş Xarici İşlər Nazirliyi daha əvvəl Əlcəzair konsulluğuna rəsmi mesaj göndərərək qonşu ölkənin ona təklif etdiyi yardımdan imtina edib. Krallıq bu qərarın səbəbləri barədə məlumat verməyib.
Mərakeşdə 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2862 nəfərə çatıb.
Bu barədə “Reuters“ Mərakeş dövlət televiziyasına istinadla məlumat yayıb.
Bildirilib ki, yaralananların sayı 2562 nəfərdir. Müxtəlif ölkələrin axtarış-xilasetmə qrupları və təcili yardım xidmətləri binaların dağıntıları altında qalanların axtarışlarını davam etdirir.
Sentyabrın 11-də 2681 nəfərin öldüyü, 2501 nəfərin yaralandığı bildirilmişdi.
Qeyd edək ki, sentyabrın 8-də Mərakeş Krallığında güclü zəlzələ baş verib. Mərakeş Milli Geofizika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri El Haouz əyalətində yerləşən İgil bölgəsində olub. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.
Mərakeşdə baş verən 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2497 nəfərə çatıb. Bu barədə Krallığın Daxili İşlər Nazirliyi öz saytında məlumat verib.
Nazirliyin məlumatına görə, ən azı 2476 nəfər seysmik aktivlikdən zərər çəkib. Qurbanların sayı ən çox Əl-Hauz (1452) və Tarudant (764) əyalətlərində qeydə alınıb.
Bir gün əvvəl Mərakeş hakimiyyəti 2122 qurban və 2420 yaralı barədə məlumat verib.
Qeyd edək ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.