https://sputnik.az/20230912/liviyada-dasqinlar-neticesinde-minlerle-insan-itkin-dusub---nazir-458526658.html
Azərbaycan XİN daşqınlar zamanı minlərlə insanın ölümü ilə bağlı Liviyaya başsağlığı verdi
Azərbaycan XİN daşqınlar zamanı minlərlə insanın ölümü ilə bağlı Liviyaya başsağlığı verdi
Sputnik Azərbaycan
Ölkə hökuməti təbii fəlakətdə minlərlə insanın ölümü ilə bağlı sonra üç günlük matəm elan edib. 12.09.2023, Sputnik Azərbaycan
2023-09-12T20:25+0400
2023-09-12T20:25+0400
2023-09-12T22:16+0400
dünya xəbərləri
liviya
sel
ölüm
təbii fəlakət
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458565354_0:160:3072:1888_1920x0_80_0_0_a3cc425d97987bfae745f19d8b3683dd.jpg
BAKI, 12 sentyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.Bu barədə nazirliyin "X" səhifəsində paylaşım edilib.Paylaşımda deyilir:"Liviyadan böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı dağıdıcı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda dualarımız sizinlədir".***Liviyada “Daniel” qasırğası nəticəsində ölənlərin sayı 3 minə çatıb.Bu barədə Liviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.“Hazırda ölkədə təbii fəlakət qurbanlarının sayı 3 min nəfərdir, minlərlə insan isə itkin düşüb”, - Liviyanın Səhiyyə Nazirliyi məlumat verib.11.09.23, 19:31Liviyada daşqınlar nəticəsində minlərlə insan itkin düşübLiviyanın Aralıq dənizi sahillərində "Daniel" siklonunun yaratdığı daşqınlar nəticəsində minlərlə insan itkin düşüb. Bu barədə ölkənin şərqindəki hökumətin daxili işlər naziri Essam Əbu Zəribə məlumat verib.Nazirin sözlərinə görə, təbii fəlakət nəticəsində 1 mindən çox insan həlak olub.Öz növbəsində, Liviyanın şərq bölgəsinin hökumət başçısı Usamə Hammad, onun məlumatlarına görə, Derna bölgəsində daşqın qurbanlarının sayının "iki mini keçdiyini" söylədi."Dernadakı bütün məhəllələri daşqınlar dənizə apardı, minlərlə insan itkin düşbü", - Liviyanın Al Wasat xəbər portalı baş nazirə istinadən qeyd edib.Sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərində yerləşən şəhərlərə güclü küləklər, güclü leysan və tufanlar gətirib.Güclü yağışlar infrastruktura ciddi ziyan vurub, bir çox yaşayış binalarını, xəstəxanaları və digər mühüm mülki obyektləri su basıb. İtkin düşmüş şəxslərin təxliyəsi və axtarışları davam edir.Təbii fəlakətdən ən çox zərər çəkən Derna şəhəri olub, şəhərdəki iki bənd dağılıb, Qızıl Aypara nümayəndələrinin sözlərinə görə, orada fəlakətli vəziyyət yaranır.Liviya hökuməti təbii fəlakətdə yüzlərlə insanın ölümündən sonra üç günlük milli matəm elan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458565354_171:0:2902:2048_1920x0_80_0_0_fc947f9f3b88998ea2253e0c985a5e38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
liviya, sel, ölüm, təbii fəlakət
liviya, sel, ölüm, təbii fəlakət
Azərbaycan XİN daşqınlar zamanı minlərlə insanın ölümü ilə bağlı Liviyaya başsağlığı verdi
20:25 12.09.2023 (Yenilənib: 22:16 12.09.2023) Ölkə hökuməti təbii fəlakətdə minlərlə insanın ölümü ilə bağlı sonra üç günlük matəm elan edib.
BAKI, 12 sentyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.
Bu barədə nazirliyin "X" səhifəsində paylaşım edilib.
"Liviyadan böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı dağıdıcı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda dualarımız sizinlədir".
Liviyada “Daniel” qasırğası nəticəsində ölənlərin sayı 3 minə çatıb.
Bu barədə Liviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Hazırda ölkədə təbii fəlakət qurbanlarının sayı 3 min nəfərdir, minlərlə insan isə itkin düşüb”, - Liviyanın Səhiyyə Nazirliyi məlumat verib.
Liviyada daşqınlar nəticəsində minlərlə insan itkin düşüb
Liviyanın Aralıq dənizi sahillərində "Daniel" siklonunun yaratdığı daşqınlar nəticəsində minlərlə insan itkin düşüb. Bu barədə ölkənin şərqindəki hökumətin daxili işlər naziri Essam Əbu Zəribə məlumat verib.
"Sel minlərlə insanı dənizə apardı. Onlar hələ də itkin düşmüş hesab olunurlar", - deyə Al Hadat telekanalı onun sözlərini sitat gətirib.
Nazirin sözlərinə görə, təbii fəlakət nəticəsində 1 mindən çox insan həlak olub.
Öz növbəsində, Liviyanın şərq bölgəsinin hökumət başçısı Usamə Hammad, onun məlumatlarına görə, Derna bölgəsində daşqın qurbanlarının sayının "iki mini keçdiyini" söylədi.
"Dernadakı bütün məhəllələri daşqınlar dənizə apardı, minlərlə insan itkin düşbü", - Liviyanın Al Wasat xəbər portalı baş nazirə istinadən qeyd edib.
Sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərində yerləşən şəhərlərə güclü küləklər, güclü leysan və tufanlar gətirib.
Güclü yağışlar infrastruktura ciddi ziyan vurub, bir çox yaşayış binalarını, xəstəxanaları və digər mühüm mülki obyektləri su basıb. İtkin düşmüş şəxslərin təxliyəsi və axtarışları davam edir.
Təbii fəlakətdən ən çox zərər çəkən Derna şəhəri olub, şəhərdəki iki bənd dağılıb, Qızıl Aypara nümayəndələrinin sözlərinə görə, orada fəlakətli vəziyyət yaranır.
Liviya hökuməti təbii fəlakətdə yüzlərlə insanın ölümündən sonra üç günlük milli matəm elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.