CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ETX vətəndaşlara SMS-lər göndərir - Bu mesajlara inanmayın!

© Photo : Heydar Aliyev PalaceSMS
SMS - Sputnik Azərbaycan, 1920, 12.09.2023
Abunə olmaq
Elektron Təhlükəsizlik Xidməti SMS-lər vasitəsilə vətəndaşları onlayn hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyə çağırır.
BAKI, 12 sentyabr — Sputnik. Son zamanlar "WhatsApp" və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları ilə bağlı Elektron Təhlükəsizlik Xidməti mobil operatorlarla birgə vətəndaşlara maarifləndirici SMS-lər göndərir.
Sputnik Azərbaycan xəbər verir ki, qurum SMS-lər vasitəsilə vətəndaşları onlayn hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyə çağırır.
Müxtəlif tətbiq və platformalarda ikimərhələli təsdiqləməni aktivləşdirmək üçün təlimatlarla bu linkdə tanış olmaq mümkündür.
Elektron Təhlükəsizlik Xidməti gələcəkdə də vətəndaşlara mövcud kibertəhlükələr barədə məlumatlandırıcı və maarifləndirici SMS-lər göndərməyə davam edəcək.
Xəbər lenti
0