https://sputnik.az/20230912/ermeniler-heyvanlar-ve-usaq-oyuncaqlari-vasitesile-texribati-davam-etdirirler-458540595.html
Ermənilər heyvanlar və uşaq oyuncaqları vasitəsilə təxribatı davam etdirirlər
Ermənilər heyvanlar və uşaq oyuncaqları vasitəsilə təxribatı davam etdirirlər
Sputnik Azərbaycan
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti vurğulayıb ki, Qərb bu məsələyə də etinasız yanaşa bilər: "Beynəlxalq ictimaiyyət 30 il ərzində ermənilərin... 12.09.2023, Sputnik Azərbaycan
2023-09-12T13:10+0400
2023-09-12T13:10+0400
2023-09-12T13:53+0400
ötən ilin analoji dövrü
cəmiyyət
umud rəhimoğlu
beynəlxalq avrasiya mətbuat fondunun rəhbəri umud rəhimoğlu
hərbi qulluqçular
azərbaycanın hərbi qulluqçusu
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0e/446039159_0:160:3072:1888_1920x0_80_0_0_f8e6b52807f6780b92038711fda53aeb.jpg
BAKI, 12 sentyabr — Sputnik. Ermənilərin tətbiq etdikləri qeyri-insani davranışların analogiyası yoxdur. Tarixən müharibədə tərəflərdən biri digərini məğlub etməyə çalışır. Amma heç vaxt belə hallara rast gəlinməyib. Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev deyib. Umud Mirzəyev bildirib ki, əvvəlki illərdə də ermənilərin oxşar addımlarına rast gəlinib:"Vaxtilə Tovuz rayonunun Əlibəyli kəndinə gələn uşaqlar çaydan oyuncağabənzər əşyalar tapıb evə gətirmişdilər. Daha sonra evdə faciəvi hadisə baş vermişdi. Həmçinin, Tərtər çayında uşağın içində sursat gizlədilmiş qələm tapması və onunla oynayarkən partlaması da bizə yaxşı məlumdur. Həmin uşaq partlayış nəticəsində bir qolunu itirmişdi. Belə hadisələr müharibənin ən acınacaqlı tərəfidir". U.Mirzəyevin sözlərinə görə, belə addımlar ciddi qınaqla qarşılanmalıdır: "Belə hərəkətlər bəşəri cinayətdir. Separatçılar gələcəklərinin olmadıqlarını başa düşür, sonlarının gəldiyini hiss edirlər. Ona görə bu cür addımlarla vaxt qazanmağa çalışırlar. Ermənilər bu cür qeyri-insani hərəkətlərlə həm də bizi təxribata çəkməyə cəhd edirlər. Düşünürəm ki, ermənilərin bu addımlarının adı rəzillikdir". O vurğulayıb ki, Qərb bu məsələyə də etinasız yanaşa bilər: "Beynəlxalq ictimaiyyət 30 il ərzində ermənilərin vandallıqlarını görməzliyə vurublar. İrəvana, demək olar, ciddi təzyiq göstərilməyib. Odur ki, biz özümüz məsələni qabartmalı, beynəlxalq ictimaiyyətin diqqətini çəkməliyik. Ümumiyyətlə, müasir dünyanın nizamı ədalətlə yox, maraqlarla idarə olunur". Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb. Nazirlik bunu terror aktı kimi qiymətləndirib və bildirib ki, heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0e/446039159_171:0:2902:2048_1920x0_80_0_0_422632013809498e5c9eb8bcddfd3661.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ötən ilin analoji dövrü, umud rəhimoğlu, beynəlxalq avrasiya mətbuat fondunun rəhbəri umud rəhimoğlu, hərbi qulluqçular, azərbaycanın hərbi qulluqçusu
ötən ilin analoji dövrü, umud rəhimoğlu, beynəlxalq avrasiya mətbuat fondunun rəhbəri umud rəhimoğlu, hərbi qulluqçular, azərbaycanın hərbi qulluqçusu
Ermənilər heyvanlar və uşaq oyuncaqları vasitəsilə təxribatı davam etdirirlər
13:10 12.09.2023 (Yenilənib: 13:53 12.09.2023) Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti vurğulayıb ki, Qərb bu məsələyə də etinasız yanaşa bilər: "Beynəlxalq ictimaiyyət 30 il ərzində ermənilərin vandallıqlarını görməzliyə vurublar. İrəvana, demək olar, ciddi təzyiq göstərilməyib.
BAKI, 12 sentyabr — Sputnik. Ermənilərin tətbiq etdikləri qeyri-insani davranışların analogiyası yoxdur. Tarixən müharibədə tərəflərdən biri digərini məğlub etməyə çalışır. Amma heç vaxt belə hallara rast gəlinməyib.
Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev deyib.
Umud Mirzəyev bildirib ki, əvvəlki illərdə də ermənilərin oxşar addımlarına rast gəlinib:
"Vaxtilə Tovuz rayonunun Əlibəyli kəndinə gələn uşaqlar çaydan oyuncağabənzər əşyalar tapıb evə gətirmişdilər. Daha sonra evdə faciəvi hadisə baş vermişdi. Həmçinin, Tərtər çayında uşağın içində sursat gizlədilmiş qələm tapması və onunla oynayarkən partlaması da bizə yaxşı məlumdur. Həmin uşaq partlayış nəticəsində bir qolunu itirmişdi. Belə hadisələr müharibənin ən acınacaqlı tərəfidir".
U.Mirzəyevin sözlərinə görə, belə addımlar ciddi qınaqla qarşılanmalıdır: "Belə hərəkətlər bəşəri cinayətdir. Separatçılar gələcəklərinin olmadıqlarını başa düşür, sonlarının gəldiyini hiss edirlər. Ona görə bu cür addımlarla vaxt qazanmağa çalışırlar. Ermənilər bu cür qeyri-insani hərəkətlərlə həm də bizi təxribata çəkməyə cəhd edirlər. Düşünürəm ki, ermənilərin bu addımlarının adı rəzillikdir".
O vurğulayıb ki, Qərb bu məsələyə də etinasız yanaşa bilər: "Beynəlxalq ictimaiyyət 30 il ərzində ermənilərin vandallıqlarını görməzliyə vurublar. İrəvana, demək olar, ciddi təzyiq göstərilməyib. Odur ki, biz özümüz məsələni qabartmalı, beynəlxalq ictimaiyyətin diqqətini çəkməliyik. Ümumiyyətlə, müasir dünyanın nizamı ədalətlə yox, maraqlarla idarə olunur".
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb. Nazirlik bunu terror aktı kimi qiymətləndirib və bildirib ki, heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir.