SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

BMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı" açılıb

© Photo : MFA AzerbaijanBMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı"
BMT-nin Cenevrədəki tarixi binasında Azərbaycan otağı - Sputnik Azərbaycan, 1920, 12.09.2023
Abunə olmaq
Otağın tərtibatında milli elementlərə də xüsusi yer ayrılıb. Otağın girişindən etibarən Azərbaycanın tarixini, zəngin təbiətini əks etdirən fotolar habelə şəbəkə elementləri ilə dizayn edilib.
BAKI, 12 sentyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsində yeni dizayn və konsepsiya əsasında bərpa olunmuş “Azərbaycan” otağının açılışını edib.
XİN-dən bildirilib ki, açılışda BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, bir sıra ölkələrin Cenevrədəki daimi nümayəndələri iştirak edib.
C.Bayramov və T.Valovaya çıxış edib, BMT-nin Cenevrədəki Ofisinin səmərəli fəaliyyət göstərməsi üçün “Azərbaycan otağının” olduqca faydalı töhfə olduğunu vurğulayıblar.
2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılan otağın təmiri 2022-ci ildə başlanıb. Ən yüksək texnologiyalar əsasında otaqda çoxsayda monitorlar, kameralar, audio-video avadanlıqlar və aksesuarlar quraşdırılıb və həmçinin qabaqcıl proqramlaşdırma ilə təmin olunub. Yaradılan texnoloji həllər qlobal şəkildə sinxronlaşdırılmış görüşlərin, təqdimatların və iclasların keçirilməsinə imkan verir.
Otağın tərtibatında milli elementlərə də xüsusi yer ayrılıb. Otağın girişindən etibarən Azərbaycanın tarixini, zəngin təbiətini əks etdirən fotolar habelə şəbəkə elementləri ilə dizayn edilib. Həmçinin Azərbaycanın memarlığını nümayiş etdirən fotolar xüsusi dizaynla təqdim edilib. Bundan əlavə, Qarabağ xalçası, şəbəkə eksponatı, muğam musiqi alətləri nümayiş etdirilir.
Layihə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Xatırladaq ki, BMT-nin Cenevrə Ofisində çox az sayda ölkə öz otağını yaratmağa nail olub. Ölkə otaqları BMT-nin müxtəlif tədbirləri zamanı fərqli sessiyaların, iclasların və müxtəlif formatlı görüşlərin keçirilməsi üçün istifadə olunur. Bu baxımdan, belə mötəbər bir binada Azərbaycan otağının fəaliyyəti ölkənin təqdimatı baxımdan yüksək önəm kəsb edir.
14:45
Ceyhun Bayramov BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində 12 sentyabr 2023-cü il tarixində BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya ilə görüşüb.
XİN-nin yaydığı xəbərə görə, görüş zamanı Azərbaycan-UNOG əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional məsələlər müzakirə edilib. Azərbaycan ilə UNOG arasında əməkdaşlıqdan məmnunluq ifafə olunaraq, UNOG-nin insan hüquqları, gənclər, gender bərabərliyi, dayanıqlı inkişaf məqsədləri, ətraf mühitin mühafizəsi, iqtisadi inkişaf kimi istiqamətlər üzrə fəaliyyətlərinə dəstək ifadə olunub.
Azərbaycanın öz növbəsində BMT çərçivəsində aktiv fəaliyyət göstərdiyi, 2023-cü ildə BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramına (SPECA) sədrlik etdiyi və cari ilin noyabr ayında Bakıda SPECA-nın sammitinin baş tutacağı diqqətə çatdırılıb.
Sülh və təhlükəsizliyin təşviqi, humanitar, sosial-iqtisadi inkişafda bərabərlik kimi prinsiplərin Azərbaycanın SPECA ilə yanaşı, Qoşulmama Hərəkatında sədrliyi və digər beynəlxalq təsisatlardakı təşəbbüslərinin əsas meyarlarını təşkil etdiyi diqqətə çatdırılıb.
Xanım Valovayanın 2022-ci ildən etibarən Azərbaycana baş tutmuş səfərləri və bu səfərlər çərçivəsində keçirilmiş ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb və Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi, habelə ölkəmizin digər qurumları ilə UNOG arasında əməkdaşlığın gücləndirilməsi üçün yaratdığı şəraitə görə UNOG-nin rəhbərinə minnətdarlıq bildirilib.
Görüş zamanı, bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib. Post-münaqişə dövründə Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, Ermənistanın təxribatları diqqətə çatdırılıb. Ölkəmizə qarşı mina təhdidləri xüsusi vurğulanıb. Bölgədə "humanitar vəziyyət" və "blokada" barədə iddiaların əsassızlığı barədə faktlar qeyd edilib.
12:10
XİN başçısı Beynəlxalq Qırmızı Xaçın prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Görüşdə regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən çətinliklər və gələcək perspektivlər müzakirə olunub. Azərbaycanın XİN başçısı da rəsmi "X" səhifəsində BQXK prezidenti ilə görüşü barədə paylaşım edib.
"Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç Egger ilə görüşməyimə və Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparmağıma şad oldum", - nazir bildirib.
Qeyd edək ki, C.Bayramov Cenevrədə işgüzar səfərdədir.
11.09.23, 17:10
Ceyhun Bayramov İsveçrəyə işgüzar səfərə gedib
Sentyabrın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində çıxışı, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Cenevrədəki Ofisinin və digər ixtisaslaşmış qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Səfər zamanı, həmçinin C.Bayramovun bir sıra tədbirlər, o cümlədən BMT-nin Cenevrədəki Ofisində "Azərbaycan" otağının açılış mərasimində iştirakı planlaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0