Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

AZAL Bakı-Naxçıvan reysinin sərnişinlərinə çağırış edib

© Photo : AZALSərnişin təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına texniki eniş icra edib
Sərnişin təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına texniki eniş icra edib - Sputnik Azərbaycan, 1920, 12.09.2023
Abunə olmaq
AZAL sərnişinlərə kassalarında yarana biləcək növbələrin qaşısını almaq məqsədilə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından onlayn almağı tövsiyə edir. Bu, həmçinin hər bir səyahətçinin vaxtına qənaət etməyə kömək edəcək.
BAKI, 12 sentyabr — Sputnik. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlər aviabilet alarkən şəxsiyyət vəsiqəsinin və ya pasportun əslini təqdim etməlidirlər.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Bu, sərnişinlər haqqında məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi, habelə onların hüquq və mənafelərinin müdafiəsi məqsədinə xidmət edir.
Bundan əlavə, AZAL sərnişinlərə kassalarında yarana biləcək növbələrin qaşısını almaq məqsədilə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından onlayn almağı tövsiyə edir. Bu, həmçinin hər bir səyahətçinin vaxtına qənaət etməyə kömək edəcək.
AZAL-ın rəsmi saytından Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə edilməsi ilə bağlı əlavə məlumatı: www.youtu.be/9PiPTkNkBSU linkinə daxil olmaqla əldə etmək olar.
Sual yarandığı təqdirdə sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 "WhatsApp" nömrəsi vasitəsilə Çağrı mərkəzinə müraciət edə bilərlər.
Xəbər lenti
0