Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Təmir olunan məktəb və bağçaların sayı açıqlanıb

© AFP 2024 / INA FASSBENDERBoş sinif otağı
Boş sinif otağı - Sputnik Azərbaycan, 1920, 11.09.2023
Abunə olmaq
Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi istifadəyə veriləcəyi bildirilib.
BAKI, 11 sentyabr — Sputnik. Cari il Bakı şəhəri üzrə 50 ümumtəhsil və 30 məktəbəqədər təhsil müəssisəsinin təmiri başa çatdırılıb.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
O bildirib ki, həmçinin 1 məktəb və 5 bağçada əsaslı təmir aparılıb:

"Məktəblərimiz yeni tədris ilinə hazırdır".

Qeyd edək ki, bir müddət öncə açıqlanan məlumata görə, yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi istifadəyə veriləcək. Belə ki, 15 Sentyabr - Bilik Günü ərəfəsində 19 məktəb və 3 məktəbəqədər müəssisə Bakıda və regionlarda müəllim və şagirdlərə hədiyyə edilmiş olacaq.
Bu təhsil ocaqlarının mövcud binaları istismara yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən 17 orta məktəb və 2 bağça üçün yeni bina inşa olunub, eləcə də 3 məktəb və məktəbəqədər müəssisənin binası əsaslı təmir edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0