https://sputnik.az/20230911/neft-ucuzlasdi-amma-hasilatin-azaldilmasi-qiymeti-destekleyir-458494738.html
Neft ucuzlaşdı, amma hasilatın azaldılması qiyməti dəstəkləyir
Neft ucuzlaşdı, amma hasilatın azaldılması qiyməti dəstəkləyir
Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam... 11.09.2023, Sputnik Azərbaycan
2023-09-11T11:06+0400
2023-09-11T11:06+0400
2023-09-11T11:26+0400
neft-qaz
dollar
neft
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240072_0:160:3072:1888_1920x0_80_0_0_99a0820822b9d663e8a4834f6c2342fb.jpg
BAKI, 11 sentyabr — Sputnik. Bu gün dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. Neft son iki həftədə təxminən 10 faiz bahalaşdıqdan sonra aşağı düşüb. Çində iqtisadi artım ilə bağlı narahatlıqlar neft tələbatı proqnozuna təsir edib. Tələbatın azalacağı gözləntisi qiyməti aşağı salıb. Lakin digər tərəfdən hasilatın azaldılması "Brent" neftini 90 dollar üzərində saxlayır. "Brent" nefti 10 sent ucuzlaşaraq 90,55 dollar, ABŞ-ın Qərbi Texas nefti isə 42 sent azalaraq 87,09 dollar olub. Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Rusiyanın könüllü tədarük ixtisarını ilin sonuna qədər uzatdıqdan sonra qiymətlər 10 ayın ən yüksək səviyyəsinə çatıb. Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib. Xatırladaq ki, ötən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 dollar artaraq 97,06 dollar təşkil edib. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240072_171:0:2902:2048_1920x0_80_0_0_e841512859e7f5a441575ab92d094422.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dollar, neft, qiymət
Neft ucuzlaşdı, amma hasilatın azaldılması qiyməti dəstəkləyir
11:06 11.09.2023 (Yenilənib: 11:26 11.09.2023) Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb.
BAKI, 11 sentyabr — Sputnik. Bu gün dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. Neft son iki həftədə təxminən 10 faiz bahalaşdıqdan sonra aşağı düşüb.
Çində iqtisadi artım ilə bağlı narahatlıqlar neft tələbatı proqnozuna təsir edib. Tələbatın azalacağı gözləntisi qiyməti aşağı salıb. Lakin digər tərəfdən hasilatın azaldılması "Brent" neftini 90 dollar üzərində saxlayır.
"Brent" nefti 10 sent ucuzlaşaraq 90,55 dollar, ABŞ-ın Qərbi Texas nefti isə 42 sent azalaraq 87,09 dollar olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Rusiyanın könüllü tədarük ixtisarını ilin sonuna qədər uzatdıqdan sonra qiymətlər 10 ayın ən yüksək səviyyəsinə çatıb.
Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Xatırladaq ki, ötən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 dollar artaraq 97,06 dollar təşkil edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.