https://sputnik.az/20230911/mam-ve-muavini-vezifelerinin-tutulmasi-ucun-musahibelere-baslanilib-458523571.html
İmam və müavini vəzifələrinin tutulması üçün müsahibələrə başlanılıb
İmam və müavini vəzifələrinin tutulması üçün müsahibələrə başlanılıb
Sputnik Azərbaycan
Seçimlər DQİDK-nın ilahiyyatçılardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda aparılır 11.09.2023, Sputnik Azərbaycan
2023-09-11T21:28+0400
2023-09-11T21:28+0400
2023-09-11T21:28+0400
molla
cəmiyyət
vakant yerlər
imam
müavin
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0c/425703004_0:0:3073:1728_1920x0_80_0_0_6b8c0781a3e216efab2c261adad545a2.jpg
BAKI, 11 sentyabr — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) imam və imam müavini vakansiyaları üzrə vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb. Komitədən verilən məlumatda bildirilib ki, sentyabrın 19-a qədər davam edəcək müsahibələrdə 13 vakant vəzifəyə 180 nəfər namizədin seçimi aparılacaq. Seçimlər DQİDK-nın ilahiyyatçılardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda (Məhəmməd Naxçıvani küçəsi, 29) aparılır. Qeyd edək ki, müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdirilir. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha imam və imam müavini vəzifələrinə təyin olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0c/425703004_0:0:2731:2048_1920x0_80_0_0_36e00fa6bf25b1e2db5d3467768f0187.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
molla, vakant yerlər, imam, müavin
molla, vakant yerlər, imam, müavin
İmam və müavini vəzifələrinin tutulması üçün müsahibələrə başlanılıb
Seçimlər DQİDK-nın ilahiyyatçılardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda aparılır
BAKI, 11 sentyabr — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) imam və imam müavini vakansiyaları üzrə vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb.
Komitədən verilən məlumatda bildirilib ki, sentyabrın 19-a qədər davam edəcək müsahibələrdə 13 vakant vəzifəyə 180 nəfər namizədin seçimi aparılacaq.
Seçimlər DQİDK-nın ilahiyyatçılardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda (Məhəmməd Naxçıvani küçəsi, 29) aparılır.
Qeyd edək ki, müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdirilir. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha imam və imam müavini vəzifələrinə təyin olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.