Hazırkı hava şəraiti açıqlanıb
© Sputnik / Aleksey Kudenko
/ Abunə olmaq
Bakıda və Abşeron yarımadasında 21 dərəcəyədək isti qeydə alınıb
BAKI, 11 sentyabr — Sputnik. Faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin senytabrın 11-i saat 15:30-a olan məlumatına əsasən Şahbuz, Naftalan, Tərtər, Mingəçevir, İmişli, Yevlax, Göyçay, Beyləqan, Sabirabad, Cəfərxan, Hacıqabul, Lənkəran, Astara, Neftçala, Biləsuvarda leysan xarakterli yağış yağıb.
Xidmətdən verilən xəbərə görə, hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21 dərəcəyədək, Naxçıvan MR-da 24 dərəcəyədək, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.