Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Fərqlənmə attestatı ilə təhsili başa vuranların sayı artır

© Photo : Department of Education for Baku CityTam orta təhsil haqqında attestatın alınması, arxiv şəkli
Tam orta təhsil haqqında attestatın alınması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.09.2023
Abunə olmaq
Ötən il 176 təhsil müəssisəsində 484 şagird fərdi təhsil alıb, 179 nəfər eksternat imtahanlarında uğur qazanıb.
BAKI, 11 sentyabr — Sputnik. Bu il Bakı məktəbləri üzrə 53 direktor işə qəbul edilib
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı təhsil işçilərinin sentyabr konfransında deyib. APA-nın xəbərinə görə, o bildirib ki, eyni zamanda 2284 müəllim işə götürülüb.
M.Vəliyeva həmçinin qeyd edib ki, məktəbəqədər təhsildə isə 84 tərbiyəçi-müəllim işə götürülüb.
Bakıda şagirdlərin nəticələri müəllimlərin orta sertifikasiya göstəricisinə bərabərdir
Nazirlik rəsmisi bildirib ki, Bakı məktəblərində IV siniflər üzrə monitorinqlərdə şagirdlərin nailiyyəti 0-30 olan 11 sinfin müəllimlərinin orta sertifikasiya göstəricisi 15 baldır.
M.Vəliyeva onu da vurğulayıb ki, monitorinq nailiyyətləri 30-50 bal arası olan 422 sinifdə müəllimlərin sertifikasiya nəticəsi 38,20 bal təşkil edib: "Eyni zamanda nailiyyətləri 50-70 bal olan 1161 sinif üzrə müəllimlərin sertifikasiya nəticəsi 44,17 bal olub".
Bakıda 121 şagird fərdi təhsilə cəlb edilib
Nazirlik rəsmisinin sözlərinə görə, Bakıda təhsildən kənar qalan 121 şagird fərdi təhsilə cəlb edilib.
O bildirib ki, ötən il 176 təhsil müəssisəsində 484 şagird fərdi təhsil alıb, 179 nəfər eksternat imtahanlarında uğur qazanıb:
"151 məktəbdə keyfiyyət monitorinqi aparılıb, 116 məktəbə hesabat göndərilib və 70 məktəbdə inkişaf planları hazırlanıb".
Fərqlənmə attestatı ilə təhsili başa vuranların sayı artır
Konfransda çıxışı zamanı M.Vəliyeva bildirib ki, hər il zəif məktəblərin nəticələrinin artırılması istiqamətində mütəmadi şəkildə işlər görülür:
"Ötən il göstəricisi 25 faiz olan məktəblərin keyfiyyəti bu il 29 faizə qədər artıb".
İdarə müdiri bildirib ki, fərqlənmə attestatı ilə təhsili başa vuranların sayı artır. Bu o deməkdir ki, yaxşı oxuyan şagirdlərin sayı çoxalır.
226 bağçada kompleks monitorinq həyata keçirilib
Bağçalardan danışan M.Vəliyeva bildirib ki, bu müəssisələrdə 34 mindən çox uşağın elektron bazası yaradılıb.
BŞTİ müdiri qeyd edib ki, təkmilləşdirilmə işləri bu gün də davam edir. 101 bağçaya hazır qida verilib. 226 bağçada kompleks monitorinq həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0