ELM

Bu süd o süddən deyil, içirsən və arıqlayırsan

© AFP 2024 / ANTONIO SCORZAKişi kokos südü içir
Kişi kokos südü içir - Sputnik Azərbaycan, 1920, 11.09.2023
Abunə olmaq
Tərkibində şəkər və ya qeyri-sağlam yağlar olan bəzi süd növləri miqdarından artıq istehlak edildikdə maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.
BAKI, 11 sentyabr — Sputnik. Tərkibindəki maddələrlə insan səhhətinə müsbət təsir göstərən süd orqanizm üçün mühüm əhəmiyyətə malikdir
Müxtəlif vitaminlərlə zəngin olan süd sümüyün möhkəmlənməsi, əzələnin böyüməsi və immunitetin möhkəmlənməsində də xüsusi rola malikdir.
Həkimlər bildirir ki, tərkibində şəkər və ya qeyri-sağlam yağlar olan bəzi süd növləri miqdarından artıq istehlak edildikdə maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.
Mütəxəssislərin fikrincə, xüsusən də kokos südünün istehlakı faydalıdır. Kokos südünü qidalandırıcı tərkibə malik qidalarla birləşdirdikdə maddələr mübadiləsi prosesini normada saxlamaq, asanlıqla pəhriz etmək və arıqlamaq mümkündür.
Xəbər lenti
0