Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bağçalarda təhsilverənlərin, demək olar ki, yarısı bu sahədə təhsili olmayanlardır - Nazir

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 11.09.2023
Abunə olmaq
Nazir bildirib ki, tədris edilən məzmunun nə dərəcədə köhnəlməsi bir daha müzakirə edilməlidir.
BAKI, 11 sentyabr — Sputnik. Təhsil yolu islahatını addım-addım getməliyik. Problem olan yerdə islahatdan söhbət gedir. Əsas hədəfimiz də mövcud problemlərin həllinə nail olmaqdır.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Çıxışı zamanı nazir bildirib ki, təhsildə ən əhəmiyyətli dövr erkən yaş dövrüdür:

"Təhsil sistemimiz sanki tərs qurulub. Qabaqcıl ölkələrdə erkən yaşdakı uşaqlara tədris verənlər ən yüksək təhsil biliyinə malik olan şəxslərdir. Bizdə isə bağçalarda təhsilverənlərin, demək olar ki, yarısı bu sahədə təhsili olmayanlardır. Hansı rayonda ibtidai sinif müəllimlərinin bilik səviyyəsi ilə bağlı problem varsa, orada uşaqların da bilik səviyyəsi aşağıdır".

Bu gün tədris etdiyimiz məzmunun nə dərəcədə köhnəlməsini bir daha müzakirə etməliyik
Nazir tədris vəsaitlərindən danışıb, qeyd edib ki, bu gün tədris etdiyimiz məzmunun nə dərəcədə köhnəlməsini bir daha müzakirə etməliyik:
dil"Bundan qorxmamaq lazımdır. Məsələn, 40 il əvvəl keçirilən fizikanı bu gün keçməməliyik. Dil fənni ilə bağlı problemlərin də qoyuluşu ciddidir".
Bundan başqa, nazir qeyd edib ki, bu il Bakı məktəblərində metodist xidmətinin pilot tətbiqinə başlanılacaq:
"Növbəti ildən isə sertifikasiya nəticələrinə əsaslanaraq yüksək bal toplayan təhsil işçilərinin digər müəllimlərə dəstək tədbirinə başlanılacaq".
Əlavə olaraq E.Əmrullayev vurğulayıb ki, Azərbaycan dili fənni üzrə şagirdlər oxuyub-anlama, dinləmə və digər bacarıqlara malik olmalıdır. Bu fəndən yüksək nəticə göstərən abituriyent bəzən bir səhifəlik esseni yaza bilmir, ya da başa sala bilmir. Sadə görünə biləcək dil fənninin metodikası və məzmunu ilə bağlı müzakirələr dərindən aparılmalıdır. Məzmunla bağlı ciddi islahatlara ehtiyac var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0