https://sputnik.az/20230911/azerbaycan-qirgizistanda-golun-sahilinde-besulduzlu-hotel-insa-edecek-458497946.html
Azərbaycan Qırğızıstanda gölün sahilində beşulduzlu hotel inşa edəcək
Azərbaycan Qırğızıstanda gölün sahilində beşulduzlu hotel inşa edəcək
Sputnik Azərbaycan
Joqorku Keneşin deputatı bildirib ki, Qırğızıstan pansionat üçün infrastruktur yaratmağı, obyekti 10 il müddətinə vergidən azad etməyi, həmçinin istifadəni... 11.09.2023, Sputnik Azərbaycan
2023-09-11T14:34+0400
2023-09-11T14:34+0400
2023-09-11T14:34+0400
qırğızıstan
azərbaycan xəbərləri
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0b/458494019_0:152:3371:2048_1920x0_80_0_0_f2d5914f927ba7e696deb7e028dcdb12.jpg
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Qırğızıstanın İssık-Kul gölünün sahilində beşulduzlu hotel tikmək niyyətindədir. Bunu Qırğızıstan Respublikasının Joqorku Keneşin (parlament) deputatı Dastan Bekeşev öz "Telegram" kanalında məlumat verib. Bekeşev qeyd edib ki, Qırğızıstan pansionat üçün infrastruktur yaratmağı və ona yol çəkməyi, obyekti 10 il müddətinə vergidən azad etməyi, həmçinin istifadəni uzatmaq hüququ ilə 49 il müddətinə torpaqla təmin etməyi öhdəsinə götürür.Öz növbəsində Azərbaycan tərəfi 3 il ərzində hotel inşa edəcək və Qırğızıstandan olan işçilərin 70%-ni işlə təmin edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0b/458494019_373:0:3104:2048_1920x0_80_0_0_ed6af8e02173558385dde1b5ca809239.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qırğızıstan, azərbaycan
Azərbaycan Qırğızıstanda gölün sahilində beşulduzlu hotel inşa edəcək
Joqorku Keneşin deputatı bildirib ki, Qırğızıstan pansionat üçün infrastruktur yaratmağı, obyekti 10 il müddətinə vergidən azad etməyi, həmçinin istifadəni uzatmaq hüququ ilə 49 il müddətinə torpaqla təmin etməyi öhdəsinə götürür.
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Qırğızıstanın İssık-Kul gölünün sahilində beşulduzlu hotel tikmək niyyətindədir.
Bunu Qırğızıstan Respublikasının Joqorku Keneşin (parlament) deputatı Dastan Bekeşev öz "Telegram" kanalında məlumat verib.
"Büdcə Komitəsinin iclası zamanı İssık-Kul gölünün sahilində beşulduzlu hotelin tikintisi ilə bağlı Azərbaycanla saziş nəzərdən keçirəcəyik. Bu məqsədlə Nazirlər Kabineti tərəfindən Kara-Oy kəndində 17 hektar torpaq sahəsi ayrılıb ki, bunun da 12 hektarı tikilib abadlaşdırılacaq, 4 hektarı park və 1 hektarı isə vətəndaşların istifadəsinə veriləcək çimərlik sahəsi olacaq", - deyə Sputnik Qırğızıstan deputatdan sitat gətirir.
Bekeşev qeyd edib ki, Qırğızıstan pansionat üçün infrastruktur yaratmağı və ona yol çəkməyi, obyekti 10 il müddətinə vergidən azad etməyi, həmçinin istifadəni uzatmaq hüququ ilə 49 il müddətinə torpaqla təmin etməyi öhdəsinə götürür.
Öz növbəsində Azərbaycan tərəfi 3 il ərzində hotel inşa edəcək və Qırğızıstandan olan işçilərin 70%-ni işlə təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.