https://sputnik.az/20230911/azerbaycan-macaristanla-yasil-enerji-layihelerini-muzakire-edib-458515256.html
Azərbaycan Macarıstanla "yaşıl enerji" layihələrini müzakirə edib
Azərbaycan Macarıstanla "yaşıl enerji" layihələrini müzakirə edib
Sputnik Azərbaycan
Nazir Macarıstana işgüzar səfərdə bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə müxtəlif sahələrdə əməkdaşlıqla bağlı fikirləri bölüşüb. 11.09.2023, Sputnik Azərbaycan
2023-09-11T19:51+0400
2023-09-11T19:51+0400
2023-09-11T19:51+0400
macarıstan
iqtisadiyyat
azərbaycan
mikayıl cabbarov
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0b/458515090_0:0:3038:1710_1920x0_80_0_0_2605bba93584e3d24fcfb01bd859df9b.jpg
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Macarıstanla "yaşıl enerji" layihələri üzrə tərəfdaşlığın perspektivləri barədə müzakirə aparıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb. Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşüb. Görüş zamanı, Azərbaycan-Macarıstan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və bu prosesdə Macarıstanın göstərdiyi marağa görə qarşı tərəfə minnətdarlıq ifadə olunub. Daha sonra iki nazir Azərbaycan-Macarıstan Strateji Dialoqunun birinci iclasının protokolunu imzalayıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0b/458515090_307:0:3038:2048_1920x0_80_0_0_eae45e6c9928eb1971e0f8d34e3fc1db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
macarıstan, azərbaycan, mikayıl cabbarov
macarıstan, azərbaycan, mikayıl cabbarov
Azərbaycan Macarıstanla "yaşıl enerji" layihələrini müzakirə edib
Nazir Macarıstana işgüzar səfərdə bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə müxtəlif sahələrdə əməkdaşlıqla bağlı fikirləri bölüşüb.
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Macarıstanla "yaşıl enerji" layihələri üzrə tərəfdaşlığın perspektivləri barədə müzakirə aparıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Macarıstana işgüzar səfərimiz çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimiz arasında müxtəlif sahələrdə aparılan fəal əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrini gücləndirən təşəbbüslərlə bağlı fikirləri bölüşdük", - deyə nazir qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşüb.
Görüş zamanı, Azərbaycan-Macarıstan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və bu prosesdə Macarıstanın göstərdiyi marağa görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.
Daha sonra iki nazir Azərbaycan-Macarıstan Strateji Dialoqunun birinci iclasının protokolunu imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.