https://sputnik.az/20230911/azerbaycan-ermenistana-ve-daha-sonra-rana-elektrik-enerjisi-vere-biler-458492774.html
Azərbaycan Ermənistana və daha sonra İrana elektrik enerjisi verə bilər
Azərbaycan Ermənistana və daha sonra İrana elektrik enerjisi verə bilər
Sputnik Azərbaycan
Rusiyanın energetika naziri Nikolay Şulqinov Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərə müsahibəsində deyib ki, söhbət 300 MVt həcmində enerji... 11.09.2023, Sputnik Azərbaycan
2023-09-11T10:27+0400
2023-09-11T10:27+0400
2023-09-11T10:27+0400
iqtisadiyyat
elektrik enerjisi
azərbaycan
ermənistan
iran
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/14/449856843_0:228:2833:1821_1920x0_80_0_0_504a6298e58c572ea05f9eb99f5e898a.jpg
BAKI, 11 sentyabr - Sputnik. Rusiya mövcud infrastrukturdan istifadə etməklə 300 MVt elektrik enerjisinin Azərbaycan vasitəsilə Ermənistana və daha sonra İrana ixracı imkanları barədə Tehran və Bakı ilə danışıqlar aparır. Bu barədə Rusiyanın energetika naziri Nikolay Şulqinov Şərq İqtisadi Forumu çərçivəsində RİA Novosti-yə müsahibəsində bildirib.Onun sözlərinə görə, söhbət 300 MVt həcmində enerji təchizatından gedir və layihənin bütün iştirakçıları bunda maraqlıdır.Avqust ayında Rusiyanın Energetika Nazirliyi bildirmişdi ki, Rusiya, İran və Azərbaycan elektrik enerjisi sistemlərinin birləşdirilməsi üzrə texniki-iqtisadi əsaslandırma üzərində işi 2023-cü ilin sonuna qədər başa çatdırmaq barədə razılığa gəliblər.Qurumdan bildirilib ki, iş zamanı iştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir, əlavə enerji obyektlərinin tikintisinin məqsədəuyğunluğu da nəzərdən keçirilir.VIII Şərq İqtisadi Forumu 10-13 sentyabr 2023-cü il tarixlərində Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin (FEFU) kampusunda keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/14/449856843_50:0:2781:2048_1920x0_80_0_0_70cc42e830b043e9256df055f0bf4750.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elektrik enerjisi, azərbaycan, ermənistan, iran
elektrik enerjisi, azərbaycan, ermənistan, iran
Azərbaycan Ermənistana və daha sonra İrana elektrik enerjisi verə bilər
Rusiyanın energetika naziri Nikolay Şulqinov Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərə müsahibəsində deyib ki, söhbət 300 MVt həcmində enerji təchizatından gedir.
BAKI, 11 sentyabr - Sputnik. Rusiya mövcud infrastrukturdan istifadə etməklə 300 MVt elektrik enerjisinin Azərbaycan vasitəsilə Ermənistana və daha sonra İrana ixracı imkanları barədə Tehran və Bakı ilə danışıqlar aparır. Bu barədə Rusiyanın energetika naziri Nikolay Şulqinov Şərq İqtisadi Forumu çərçivəsində RİA Novosti-yə müsahibəsində bildirib.
“İndi biz sadəcə olaraq elektrik enerjisinin Azərbaycan ərazisi ilə Ermənistana, oradan İrana və ola bilsin ki, başqa ölkələrə çatdırılması imkanlarını nəzərdən keçiririk. Birinci mərhələdə biz Tehran və Bakı ilə razılaşırıq ki, yeni tikinti aparılmadan mövcud infrastrukturdan istifadə etsinlər”, - deyə o, izah edib.
Onun sözlərinə görə, söhbət 300 MVt həcmində enerji təchizatından gedir və layihənin bütün iştirakçıları bunda maraqlıdır.
Avqust ayında Rusiyanın Energetika Nazirliyi bildirmişdi ki, Rusiya, İran və Azərbaycan elektrik enerjisi sistemlərinin birləşdirilməsi üzrə texniki-iqtisadi əsaslandırma üzərində işi 2023-cü ilin sonuna qədər başa çatdırmaq barədə razılığa gəliblər.
Qurumdan bildirilib ki, iş zamanı iştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir, əlavə enerji obyektlərinin tikintisinin məqsədəuyğunluğu da nəzərdən keçirilir.
VIII Şərq İqtisadi Forumu 10-13 sentyabr 2023-cü il tarixlərində Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin (FEFU) kampusunda keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.