Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Avrasiya Aqroexpress" və Bakı: Aİİ-nin təşəbbüsü və regiondakı ərzaq təhlükəsizliyi

© Sputnik / Rahim MuradovAqroexpress
Aqroexpress - Sputnik Azərbaycan, 1920, 11.09.2023
Abunə olmaq
Rusiya-Azərbaycan "Aqroekspress"in İran və Hindistana qədər genişləndirilməsi planlaşdırılır. Eyni zamanda, "Avrasiya Aqroexpress" Aİİ çərçivəsində fəaliyyət göstərir. İki layihənin inteqrasiyası regionun ərzaq təhlükəsizliyinə necə təsir edəcək?
BAKI, 11 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqının (Aİİ) vahid bazarının ittifaqın tərəfdaş ölkələrinin azad ticarət zonaları ilə inteqrasiyası layihəsi getdikcə daha çox yeni təşəbbüslərlə böyüyür və bu məsələdə "Avrasiya aqroexpress" çərçivəsində sürətləndirilmiş dəmir yolu və multimodal daşınmaların həyata keçirilməsi üzrə əməkdaşlıq çox vacibdir.
Belə ki, Avrasiya İqtisadi Komissiyasının (AİK) nəqliyyat bloku nümayəndələrinin Abu Dabidə liman və logistika mərkəzlərini idarə edən "AD Ports Group" əmirlik şirkətinin rəhbərliyi ilə görüşü zamanı ittifaq ölkələrinin "Avrasiya aqroexpress" layihəsinin təqdimatı keçirilib.
Bundan əlavə, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı kontekstində Aİİ və BƏƏ arasında əməkdaşlığın perspektivləri, o cümlədən nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətin artırılması məsələləri, Aİİ-yə üzv dövlətlərdən Abu-Dabi limanları istiqamətində və əksinə yüklərin daşınmasının inkişaf imkanları müzakirə edilib.
"Aqroexpress" Bakı və Moskvanın uğurlu layihəsidir
Ötən ilin əvvəlindən Azərbaycan və Rusiya arasında hər iki istiqamətdə dəmir yolu ilə konteynerlərlə kənd təsərrüfatı məhsullarının və digər malların daşınmasını təmin etmək üçün nəzərdə tutulan Avrasiya layihəsinə bənzər "Aqroexpress" layihəsi fəaliyyət göstərir. Belə ki, layihə çərçivəsində ölkələr arasında xüsusi soyuducu kameralarla təchiz olunmuş vaqonlar hərəkət edir ki, bu da məhsulların təravətini qorumaq və ən qısa müddətdə son istehlakçıya çatdırmaq imkanını yaradır.
"Aqroexpress" həm də layihəyə uyğun olaraq yaradılmış və xarici iqtisadi fəaliyyət iştirakçıları üçün sadələşdirilmiş gömrük dəhlizinin təşkilinə imkan verən xüsusi dəmir yolu yaşıl dəhlizi ilə hərəkət edir. Yaşıl dəhliz iki ölkənin gömrük orqanlarının sinxronizasiyası sayəsində sənədlərin işlənməsi və yoxlanılmasına daha az vaxt sərf etməyə imkan verir və bununla da malların emal və çatdırılma müddətini azaldır.
Bundan əlavə, "Aqroexpress" layihəsinin genişləndirilməsi çərçivəsində Bakı və Moskva marşrutun İran və Hindistana kimi uzadılması imkanlarını nəzərdən keçirirlər. Bu barədə bir müddət əvvəl Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov "Sputnik Azərbaycan"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, layihənin əsas üstünlükləri birbaşa logistika xidmətinin, əlaqəli infrastrukturun qurulması və həm ikitərəfli, həm də tranzit daşımaların inkişafına əlverişli tarif dərəcələrinin müəyyən edilməsi hesabına çatdırılma sürəti və maliyyə xərclərinin azaldılmasıdır.
Qeyd edək ki, Rusiya daha əvvəl Özbəkistanla "Aqroexpress"i işə salıb, Rusiya hökumətində isə layihənin "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ölkələrinə genişləndirilməsini müzakirə edilir.
"Avrasiya Aqroexpress" və Fars körfəzinin limanları
"Avrasiya Aqroexpress" layihəsinə 2022-ci ilin fevralında start verilib və bütün ötən il ərzində onun vasitəsilə 525 min tondan çox ərzaq məhsulları, o cümlədən 283 min tona yaxın tez xarab olan məhsullar daşınıb.
"Avrasiya Aqroexpress" Aİİ ölkələrindən İran və Hindistana qədər bütün Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi marşrutu üzrə bazarlara kənd təsərrüfatı məhsullarını tədarük etməyə imkan verir.
Bundan əlavə, layihənin coğrafiyası Çin, Özbəkistan, Vyetnam və Cənub-Şərqi və Mərkəzi Asiyanın digər ölkələrinə qədər genişləndirilib ki, bu da Aİİ-dən olan ixracatçılara minimal maliyyə və vaxt xərcləri ilə yuxarıda göstərilən bazarlara daha sərfəli şərtlərlə daxil olmaq imkanı verir.
Bununla belə, "Avrasiya Aqroekspress"in coğrafiyasının daha da genişləndirilməsi, ilk növbədə, onun regionun qlobal logistika mərkəzinə çevrilməsi istiqamətində fəal iş aparan Fars körfəzi ölkələrində qolu olması deməkdir.
Belə ki, Körfəz ölkələri, xüsusilə BƏƏ və Səudiyyə Ərəbistanı öz limanlarında yüklərin qəbulu, saxlanması, bölüşdürülməsi və ixracı imkanlarını inkişaf etdirməyə çalışır.
Eyni zamanda, Körfəz ölkələrinin investisiya potensialını nəzərə alaraq, "Avrasiya Agroexpress"in ərəb ölkələrinə qədər genişlənməsinin aqroekspress marşrutu üzrə investisiyaların həcmini və infrastruktur layihələrinin maliyyələşdirilməsini artıracağı gözlənilir.
Azərbaycan və "Avrasiya aqroexpress"
Azərbaycan-Rusiya və "Avrasiya aqroekspress"in coğrafiyalarının paralel olaraq genişlənməsi istər-istəməz bu iki layihənin ayrı-ayrı nöqtələrdə inteqrasiyasına gətirib çıxaracaq. Eyni zamanda, Azərbaycan "Avrasiya aqroexpress" çərçivəsində mal tədarükçüsü kimi çıxış edə və bununla da qeyri-neft məhsullarının ixracını artıra bilər.
İki "aqroexpress"in sinerjisi "Şimal-Cənub" çərçivəsində yük axınını əhəmiyyətli dərəcədə artıracaq ki, bu da Azərbaycan ərazisindən tranzitin artmasına səbəb olacaq.
Lakin "aqroexpress"in inteqrasiyası bütün Avrasiya regionunun ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Axı, bu sahədə vəzifələr həm Aİİ ölkələri, həm də regionun qalan ölkələri üçün, xüsusən də inflyasiya sürətini və dünyada geosiyasi vəziyyəti nəzərə alaraq aktual olaraq qalır.
Məhz buna görə də Rusiya-Azərbaycan "Aqroekspress" əməkdaşlığı və onun Avrasiya analoqu bütün Avrasiya regionu üzrə istehlakçılara kənd təsərrüfatı məhsullarını davamlı və optimal şəkildə çatdırmağa imkan verəcək, həmçinin onun ölkələri arasında mal mübadiləsinə şərait yaradacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0