https://sputnik.az/20230911/atlari-keserek-etini-satmaq-isteyenler-saxlanilib-458493080.html
Atları kəsərək ətini satmaq istəyənlər saxlanılıb
Atları kəsərək ətini satmaq istəyənlər saxlanılıb
Sputnik Azərbaycan
Heyvandarlıq təsərrüfatında təxmini çəkisi 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsilərək paketlərə yığılmaq üçün hazırlandığı aşkar edilib. 11.09.2023, Sputnik Azərbaycan
2023-09-11T22:50+0400
2023-09-11T22:50+0400
2023-09-11T22:50+0400
at
cəmiyyət
ət
cəlilabad
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437643746_0:0:3071:1728_1920x0_80_0_0_55759f96167d75b4f7b7e10a86fb8e99.jpg
BAKI, 11 sentyabr — Sputnik. Üç baş atı kəsərək ətini Bakıda satmaq istəyən şəxslər saxlanılıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Lənkəran-Astara regional bölməsinə Cəlilabad rayon Təzəkənd kəndində heyvandarlıq təsərrüfatında qanunsuz olaraq at ətinin istehsalı ilə bağlı məlumat daxil olub. Məlumat əsasında agentlik DİN-nin Cəlilabad Rayon Polis Şöbəsi ilə birgə sözügedən ünvana baxış keçirib. "Report"un xəbərinə görə, fakt təsdiqini tapıb. Heyvandarlıq təsərrüfatında təxmini çəkisi 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsilərək paketlərə yığılmaq üçün hazırlandığı aşkar edilib. Ət müsadirə edilərək götürülüb.Özlərini ferma nəzarətçisi qismində təqdim edən iki qardaş, fiziki şəxslər Toybəyi Fikrət oğlu Gözəlov, Qüdrət Fikrət oğlu Gözəlov və at ətini kəsərək satacağını bildirən Samir Ziyafət oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, kəsilən at ətindən nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təhvil verilib. Agentlik rayon polis şöbəsi əməkdaşları ilə bu istiqamətdə tədbirlərini davam etdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437643746_340:0:3071:2048_1920x0_80_0_0_cc6b1d9a4a24cfd1d258d5467ea23eb3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
at, ət, cəlilabad
Atları kəsərək ətini satmaq istəyənlər saxlanılıb
Heyvandarlıq təsərrüfatında təxmini çəkisi 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsilərək paketlərə yığılmaq üçün hazırlandığı aşkar edilib.
BAKI, 11 sentyabr — Sputnik. Üç baş atı kəsərək ətini Bakıda satmaq istəyən şəxslər saxlanılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Lənkəran-Astara regional bölməsinə Cəlilabad rayon Təzəkənd kəndində heyvandarlıq təsərrüfatında qanunsuz olaraq at ətinin istehsalı ilə bağlı məlumat daxil olub. Məlumat əsasında agentlik DİN-nin Cəlilabad Rayon Polis Şöbəsi ilə birgə sözügedən ünvana baxış keçirib.
"Report"un xəbərinə görə, fakt təsdiqini tapıb. Heyvandarlıq təsərrüfatında təxmini çəkisi 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsilərək paketlərə yığılmaq üçün hazırlandığı aşkar edilib. Ət müsadirə edilərək götürülüb.
Özlərini ferma nəzarətçisi qismində təqdim edən iki qardaş, fiziki şəxslər Toybəyi Fikrət oğlu Gözəlov, Qüdrət Fikrət oğlu Gözəlov və at ətini kəsərək satacağını bildirən Samir Ziyafət oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, kəsilən at ətindən nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təhvil verilib. Agentlik rayon polis şöbəsi əməkdaşları ilə bu istiqamətdə tədbirlərini davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.