Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı yazıçının pyesi Rusiyada səhnələşdirilir

© Sputnik / Ilham MustafayevTeatr səhnəsi, arxiv
Teatr səhnəsi, arxiv - Sputnik Azərbaycan, 1920, 11.09.2023
Abunə olmaq
Əsərin əsas ideyası və məramı sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də əyləncəli formada balacalarda həkimə, iynəyə qarşı qorxu, həyəcan hissini götürməkdir
BAKI, 11 sentyabr — Sputnik. Tanınmış uşaq yazıçısı və dramaturqu Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında Rusiyanın Ulyanovsk vilayətinin "Karabaz-Barabaz" Böyük Kuklalar Teatrında "Qarınqulu ayı balası" tamaşası hazırlanır. Tamaşanın quruluşçu rejissoru teatrın yaradıcısı və rəhbəri tanınmış rejissor-ssenarist Valeri Qriqoryevdir. Səhnə əsərinin bu ilin noyabr ayında premyerası olacağı gözlənilir.
Əsərin əsas ideyası və məramı sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də əyləncəli formada balacalarda həkimə, iynəyə qarşı qorxu, həyəcan hissini götürməkdir.
Qeyd edək ki, "Qarınqulu ayı balası" pyesi artıq Gürcüstanın "BEEZ" Uşaq Teatrında, eləcə də Bakı Uşaq və Gənclər Teatrında səhnələşdirilib və uğurla uşaqlara təqdim olunub. Hazırda Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında da "Qarınqulu ayı balası" nağılının motivləri əsasında uşaqlar üçün yeni quruluşda tamaşa hazırlanır.
Vüqar Haqverdiyev Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası "Elm" Nəşriyyatının direktor müavinidir.
Cəmiyyətdə uşaq yazarı kimi tanınan yazar, 10-a yaxın müasir və rəngli nağıl kitabının, cizgi filmi ssenarisinin müəllifidir. Yazdığı uşaq əsərləri və ssenariləri mötəbər müsabiqələrin qalibi olub. Həmçinin bir neçə uşaq kitabımının rəssamıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0