Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Stress bir sıra xəstəliklərin yaranmasının əsas səbəbkarıdır

© AFP 2024 / PHILIP FONGPəncərə qarşısında kişi, arxiv şəkli
Pəncərə qarşısında kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.09.2023
Abunə olmaq
Stress həmçinin həzm sistemində problemlərin yaranmasına, saç tökülməsinə səbəb olur.
BAKI, 10 sentyabr — Sputnik. Stress bir sıra xəstəliklərin yaranmasında əsas rola malikdir.
Türkiyə mediasının yaydığı xəbərə görə dəri xəstəliklərinin yaranmasının başlıca səbəblərindən biri stressdir. Belə olduğu halda dəridə sızanaqlar daha çox müşahidə edilir.
Bundan başqa, stress faktoru varsa, davamlı olaraq diyeta saxlamaqla artıq çəkidən azad olmaq mümkün deyil.
Stress həmçinin həzm sistemində problemlərin yaranmasına, saç tökülməsinə səbəb olur.
Həkimlər bildirir ki, uzun müddət stress yaşayan şəxslər qismən və ya tamamilə keçəl ola bilər.
Həddindən artıq və davamlı stress yuxusuzluğa, baş ağrılarına, ürək, qan-damar sistemi xəstəliklərinin yaranmasına səbəb ola bilər.
Xəbər lenti
0