https://sputnik.az/20230910/sabah-bakida-azerbaycan-ran-birge-herbi-komissiyasinin-iclasi-kecirilecek-458428443.html
Azərbaycan və İran hərbçiləri əməkdaşlığı gücləndirmək qərarına gəliblər
Azərbaycan və İran hərbçiləri əməkdaşlığı gücləndirmək qərarına gəliblər
Sputnik Azərbaycan
General-mayor Məhəmməd Əhədi bildirib ki, son günlər bəzi qüvvələr əsassız və yalan məlumat yaymaqla ölkələrimiz arasında mövcud olan dostluq və mehriban... 10.09.2023, Sputnik Azərbaycan
2023-09-10T17:25+0400
2023-09-10T17:25+0400
2023-09-10T19:42+0400
iran
hərbi
azərbaycan
iclas
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0a/458482477_0:22:1041:608_1920x0_80_0_0_e21736aee50bdc9b7aae0639d7e476e2.jpg
BAKI, 10 sentyabr — Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın ölkəmizdə keçirilən 3-cü iclası başa çatıb.Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən iclasda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi sahədə əməkdaşlığın bir neçə istiqamətində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.İclasın yekun çıxışında son günlər bəzi qüvvələrin əsassız və yalan məlumat yaymaqla ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə cəhd göstərdiyini diqqətə çatdıran İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətinin rəhbəri general-mayor Məhəmməd Əhədi bu baxımdan qarşılıqlı səfərlərin və işçi səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.Birgə Komissiyanın iclasında icra edilən tədbirlər yüksək qiymətləndirilib, ölkələrimiz arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlığın inkişafı üçün yaxşı zəmin olduğu vurğulanıb.Sonda iclasın yekun protokolu imzalanıb.08.09.23, 15:20Sabah Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcək Bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, İran Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirə olunacağı iclasda iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək. Heyətdə İran müdafiə nazirinin müavini, briqada generalı Mehdi Fərhi də var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0a/458482477_101:0:941:630_1920x0_80_0_0_c8eea3f53e29d53619ea5bafee54432e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, azərbaycan, iclas
Azərbaycan və İran hərbçiləri əməkdaşlığı gücləndirmək qərarına gəliblər
17:25 10.09.2023 (Yenilənib: 19:42 10.09.2023) General-mayor Məhəmməd Əhədi bildirib ki, son günlər bəzi qüvvələr əsassız və yalan məlumat yaymaqla ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə çalışırlar.
BAKI, 10 sentyabr — Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın ölkəmizdə keçirilən 3-cü iclası başa çatıb.
Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən iclasda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi sahədə əməkdaşlığın bir neçə istiqamətində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.
İclasın yekun çıxışında son günlər bəzi qüvvələrin əsassız və yalan məlumat yaymaqla ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə cəhd göstərdiyini diqqətə çatdıran İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətinin rəhbəri general-mayor Məhəmməd Əhədi bu baxımdan qarşılıqlı səfərlərin və işçi səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.
Birgə Komissiyanın iclasında icra edilən tədbirlər yüksək qiymətləndirilib, ölkələrimiz arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlığın inkişafı üçün yaxşı zəmin olduğu vurğulanıb.
Sonda iclasın yekun protokolu imzalanıb.
Sabah Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcək
Bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, İran Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirə olunacağı iclasda iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.
Heyətdə İran müdafiə nazirinin müavini, briqada generalı Mehdi Fərhi də var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.