SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov: Moskvanın Qarabağı Azərbaycana “verməsi” ilə bağlı bəyanatlar düzgün deyil

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 10.09.2023
Abunə olmaq
"Bizi 2020-ci ilin noyabrında Qarabağı verməkdə ittiham etmək lazım deyil, öz xalqının qarşısında müstəqil cavab vermək lazımdır”, - deyə Lavrov yekunlaşdırıb.
BAKI, 10 sentyabr - Sputnik. Erməni siyasətçilərinin Moskvanın Qarabağı Azərbaycana “verməsi” ilə bağlı bəyanatları düzgün deyil.
APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
"Orada hansısa xadim, səhv etmirəmsə, parlamentin rəhbəri Rusiyanın Qarabağı Azərbaycana verdiyini bildirib. Bundan yanlış və vicdansız bəyanat təsəvvür etmək çətindir. O, 2020-ci ilin noyabrında Putin, Paşinyan və Əliyev ilk üçtərəfli sazişləri imzalayanda Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyinə istinad edib. Bu, qətiyyən həqiqətə uyğun deyil. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Praqada 1991-ci il Alma-Ata bəyannaməsini tanıdıqları deyilən bəyanat imzalayıb, bununla da, bütün suallar bağlanıb. Ermənistanın Baş naziri beləlikə, o vaxtkı Dağlıq Qarabağ vilayətinin Azərbaycanın tərkib hissəsi olduğu əks olunan sənədi imzalayıb.
Bizi 2020-ci ilin noyabrında Qarabağı verməkdə ittiham etmək lazım deyil, öz xalqının qarşısında müstəqil cavab vermək lazımdır”, - deyə Lavrov yekunlaşdırıb.
Xəbər lenti
0