https://sputnik.az/20230910/covid-19-la-bagli-dunyani-soka-salan-hadise-bas-verib-458483148.html
COVID-19-la bağlı dünyanı şoka salan hadisə baş verib
COVID-19-la bağlı dünyanı şoka salan hadisə baş verib
Sputnik Azərbaycan
Covid-19 müalicəsindən sonra körpənin gözləri qəhvəyidən maviyə çevrilib 10.09.2023, Sputnik Azərbaycan
2023-09-10T19:22+0400
2023-09-10T19:22+0400
2023-09-11T08:10+0400
covid-19
səhiyyə
körpə
yeni doğulmuş körpə
xəstəlik
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460817932_0:4:3072:1732_1920x0_80_0_0_98d0443daea22aae3fd04c2e71301c23.jpg
BAKI, 10 sentyabr - Sputnik. Dünyanın aparıcı resenziyalı jurnallarından biri olan Frontiers in Pediatrics-də dərc olunan araşdırma elm və tibb dünyasında sürpriz yaradıb. Taylandda 6 aylıq körpə COVID-19-a yoluxub. Taylandın Səhiyyə Nazirliyi yüksək hərarət və öskürək əlamətləri olan körpəyə "favipiravir" adlı dərman verib. Nazirlik tərəfindən koronovirusun müalicəsi kimi təqdim edilən dərmanı qəbul edən uşağın valideynləri və həkimləri ertəsi gün təəccüblənib. Uşağın qəhvəyi olan gözünün rəngi göy rəngə çevrilib. Vəziyyəti anlayan anası dərhal xəstəxanaya gedib və müalicəsinin başa çatdırılmasını istəyib. Həkimlər körpəni müayinə edərkən dərman müalicəsi dayandırılıb. Dərman müalicəsi bitdikdən sonra 5 gün ərzində uşağın göz rəngi normallaşıb. Həkimlər uşağın buynuz qişasının mavi rəngə çevrildiyini, irisdə isə rəng qalmadığını bildiriblər. Alimlər favipiravir adlı dərmanın gözə necə təsir etdiyini açıqlayıblar. Elm adamları, "Gözün işığı udma təsiri dərman sayəsində artmış ola bilər" deyə bəyan ediblər. Səlahiyyətlilər, uşağın COVID-19-dan sağaldığını və heç bir görmə qüsurunun qalmadığını açıqlayıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460817932_341:0:3072:2048_1920x0_80_0_0_ffd58b982824fe15cdb69c120c8ee9f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
covid-19, körpə, yeni doğulmuş körpə, xəstəlik
covid-19, körpə, yeni doğulmuş körpə, xəstəlik
COVID-19-la bağlı dünyanı şoka salan hadisə baş verib
19:22 10.09.2023 (Yenilənib: 08:10 11.09.2023) Covid-19 müalicəsindən sonra körpənin gözləri qəhvəyidən maviyə çevrilib
BAKI, 10 sentyabr - Sputnik. Dünyanın aparıcı resenziyalı jurnallarından biri olan Frontiers in Pediatrics-də dərc olunan araşdırma elm və tibb dünyasında sürpriz yaradıb.
Taylandda 6 aylıq körpə COVID-19-a yoluxub. Taylandın Səhiyyə Nazirliyi yüksək hərarət və öskürək əlamətləri olan körpəyə "favipiravir" adlı dərman verib. Nazirlik tərəfindən koronovirusun müalicəsi kimi təqdim edilən dərmanı qəbul edən uşağın valideynləri və həkimləri ertəsi gün təəccüblənib. Uşağın qəhvəyi olan gözünün rəngi göy rəngə çevrilib. Vəziyyəti anlayan anası dərhal xəstəxanaya gedib və müalicəsinin başa çatdırılmasını istəyib. Həkimlər körpəni müayinə edərkən dərman müalicəsi dayandırılıb.
Dərman müalicəsi bitdikdən sonra 5 gün ərzində uşağın göz rəngi normallaşıb. Həkimlər uşağın buynuz qişasının mavi rəngə çevrildiyini, irisdə isə rəng qalmadığını bildiriblər.
Alimlər favipiravir adlı dərmanın gözə necə təsir etdiyini açıqlayıblar. Elm adamları, "Gözün işığı udma təsiri dərman sayəsində artmış ola bilər" deyə bəyan ediblər.
Səlahiyyətlilər, uşağın COVID-19-dan sağaldığını və heç bir görmə qüsurunun qalmadığını açıqlayıblar.