CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uğur qazanmış qadınlarla bağlı podkastların hazırlanmasına start verilib

© SputnikAlfa söhbətləri
Alfa söhbətləri - Sputnik Azərbaycan, 1920, 10.09.2023
Abunə olmaq
Bu layihə vasitəsilə ölkə ictimaiyyəti podkast iştirakçılarının fərdi uğur hekayələri, fikirləri və hadisələrə münasibətləri ilə tanış olacaqlar.
BAKI, 4 noyabr - Sputnik. "Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uğur qazanmış qadınlarla bağlı podkastların hazırlanması” layihəsini həyata keçirir.
© SputnikAlfa söhbətləri
Alfa söhbətləri - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Alfa söhbətləri
Layihə müxtəlif sahələrdə öz fərdi bacarıqları sayəsində karyera qurmağa nail olmuş şəxslərin, vəzifə sahiblərinin uğur hekayələrinin təqdimatı yolu ilə qadınların təhsil pillələrində irəliləməsinə, karyera quruculuğuna və liderliyə həvəsləndirilməsinə, təşviq edilməsinə istiqamətlənib.
© SputnikAlfa söhbətləri
Alfa söhbətləri - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Alfa söhbətləri
Layihənin əsas ideyası hazırlanacaq podkastlar vasitəsilə cəmiyyətdə qadınlarla bağlı formalaşmış xoşagəlməz təsəvvürlərin aradan qaldırılmasına, qızların təhsilə və karyera quruculuğuna həvəsləndirilməsinə dəstək olmaqdan ibarətdir.
Bu layihə vasitəsilə ölkə ictimaiyyəti podkast iştirakçılarının fərdi uğur hekayələri, fikirləri və hadisələrə münasibətləri ilə tanış olacaqlar. Fərdi uğur hekayələri olan xanımlarla bağlı podkastlar rəqəmsal platformalarda geniş auditoriyalara təqdim olunacaq.
© SputnikAlfa söhbətləri
Alfa söhbətləri - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Alfa söhbətləri
Xəbər lenti
0