CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AYNA: TikTok platformasında canlı yayım açan sürücü işdən azad edilib

© AFP 2023 / TOLGA AKMENTikTok
TikTok - Sputnik Azərbaycan, 1920, 10.09.2023
Abunə olmaq
Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad olunub.
BAKI, 10 sentyabr - Sputnik. Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman TikTok platformasında canlı yayım açmasına dair görüntülər yayılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən xəbərə görə, məsələ dərhal araşdırılıb.
Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.
Xəbər lenti
0