Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Mərakeşdə zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar xəbəri bizi sarsıtdı"

Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 09.09.2023
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə, XİN isə Mərakeş hökuməti və xalqına başsağlığı verib.
BAKI, 9 sentyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı verib.
Başsağlığı məktubunda deyilir:
"Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
***
“Mərakeşdə baş verən zəlzələ nəticəsində insan tələfatı bizi dərindən kədərləndirdi”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yazılıb.
“Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısının tezliklə şəfa tapmasını diləyirik. Mərakeş hökuməti və xalqını dəstəkləyirik”, - paylaşımda bildirilib.
Xəbər lenti
0